Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

İsrail Livanla sərhəddə yerləşən şəhəri təxliyə edir

20.10.2023 12:10 1 650
İsrail Livanla sərhəddə yerləşən şəhəri təxliyə edir
İsrail Müdafiə Nazirliyi və İsrail Müdafiə Qüvvələri (IDF) ölkənin şimalında, Livanla sərhədə yaxın yerləşən Kiryat Şmona şəhərinin sakinlərinin təxliyəsi ilə bağlı bəyanat verib.

Nazirlik və IDF-nin birgə bəyanatı ordunun Mətbuat Xidməti tərəfindən yayımlanıb.

“Müdafiə Nazirliyinin Milli Fövqəladə Halların İdarə Olunması Agentliyi və İsrail Müdafiə Qüvvələri şimaldakı Kiryat Şmona şəhəri sakinlərinin hökumət tərəfindən maliyyələşdirilən qonaq evlərinə təxliyə olunduğunu elan edir”, - deyə məlumatda bildirilib.

Sənəddə qeyd olunur ki, təxliyə planı müdafiə naziri Yoav Qalant tərəfindən təsdiqlənib.

“Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələrinin Şimal Komandanlığı Kiryat Şmona ilə bağlı qərarı barədə şəhər merini məlumatlandırıb. Planı yerli hakimiyyət orqanları, Turizm Nazirliyi və Müdafiə Nazirliyi tərəfindən həyata keçirəcək”, - deyə ordunun Mətbuat Xidmətindən qeyd edilib.

Mənbə: TASS

Son xəbərlər