Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bayden: “Təl-Əvivə Vaşinqtonun İsrailə dəstəyini dünyaya nümayiş etdirmək üçün gəlmişəm”

18.10.2023 16:10 878
Bayden: “Təl-Əvivə Vaşinqtonun İsrailə dəstəyini dünyaya nümayiş etdirmək üçün gəlmişəm”
“Birləşmiş Ştatlar İsrailin müdafiəsi üçün lazım olan bütün yardımların davam etməsini təmin edəcək”.

Bu barədə ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə bildirib.

“İsrail hücumlara cavaba davam etmək məcburiyyətində qaldığına görə, düşünürəm ki, sizin özünüzü müdafiə etmək üçün lazım gələn hər şeyə sahib olduğunuzdan əmin olmalıyıq”, - deyə Ağ Ev rəhbəri bildirib.

ABŞ lideri əlavə edib ki, o, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda Vaşinqtonun İsrailə dəstəyini dünyaya nümayiş etdirmək üçün Təl-Əvivə gəlib.

İsrailin baş naziri Benyamin Netanyahu öz növbəsində Fələstin-İsrail münaqişəsinin yeni kəskinləşməsi başlayandan bəri Vaşinqtonun göstərdiyi qeyd-şərtsiz dəstəyə görə ABŞ-yə minnətdar olduğunu bildirib.

“Mən sizin dəstəyinizi hər gün görürəm, bu müharibənin əvvəlindən bəri mövcud olan əməkdaşlığın miqyası ölkələrimiz arasındakı gözəl müttəfiqlik tarixində həqiqətən görünməmiş bir səviyyəyə çatıb”, - deyə Netanyahu bildirib.

Baş nazir bu dəstəyi İsrailin özünü müdafiə etməsi uçun ABŞ-nin Təl-Əvivi lazım olan vasitələrlə qeyd şərtsiz təchiz etmək öhdəliyində, o cümlədən düşmənlərə göndərilən açıq mesajda və bu sözləri hərəkətlə dəstəkləmək üçün bölgəyə göndərilən iki aviadaşıyıcı döyüş qrupunda gördüklərini vurğulayıb.

Netanyahu Baydenə müraciətində HƏMAS-ın İŞİD-dən daha pis olduğunu bildirib və radikal qrupun hərəkətlərini nasistlərin cinayətləri ilə müqayisə edib.

“Sivil dünya nasistləri, İŞİD-i məğlub etmək üçün birləşdiyi kimi, HƏMAS-ı məğlub etmək üçün də birləşməlidir. Sizi əmin edə bilərəm ki, İsrail HƏMAS-ı məğlub etmək üçün həmrəy olub. Biz HƏMAS-ı məğlub edəcəyik, bu dəhşətli təhlükəni həyatımızdan siləcəyik”, - deyə Netanyahu bildirib.

Mənbə: TASS

Son xəbərlər