Mojo.az Banner
20:21 Ağdamda ağır qəza: Ölənlər və xəsarət alanlar var  |     20:12 Bəzi mallar 5 illik müddətə idxal gömrük rüsumundan azad edildi  |     20:05 Qurban ibadətində ən çox edilən səhvlər  |     19:56 İstehlakçı qorxusu, yoxsa yanlış məlumat? Toyuq qalmaqalı araşdırıldı  |     19:41 "Azərbaycan Respublikasının Milli Yaşıl Taksonomiyası" təsdiq edilib  |     19:31 Bakıda məktəbdə zəhərlənməyə görə araşdırma başladıldı - YENİLƏNİB  |     19:14 Cüdoçularımız ilk günü medalsız bitirdilər  |     19:05 Bayrağa hörmətsizlik edən şəxs saxlanıldı - FOTO  |     18:47 Azərbaycan Həndbol Federasiyasında maaşlar niyə ödənilmir? - AÇIQLAMA  |     18:33 Prezidentin köməkçisi son 6 ildə mina partlayışından ölənlərin sayını açıqladı  |     18:17 Bu avtobusların hərəkət sxemi dəyişdirilir  |     18:09 Alyona Əliyeva rəssam Rəşad Mehdiyevin sərgisinin açılış mərasimindən paylaşım edib - FOTO  |     17:58 Eynulla Fətullayev "Haqqın"ı satdı - Azərbaycandan gedir  |     17:41 Buraxılış imtahanının nəticələri elan olundu  |     17:38 6 nəfər imtahandan xaric olunub - RƏSMİ  |     16:46 KMBİ bankların adından kiberdələduzluq edən şəxsləri saxladı - Video  |     16:42 İctimai nəqliyyatda bank kartlarından əlavə vəsait tutulması məsələsinə RƏSMİ MÜNASİBƏT  |     16:31 Türkiyədə cinayətkar qrupa qarşı böyük əməliyyat: "Cəhənnəm Necati"nin əlaltıları tutuldu  |     15:52 "Kanal 21" və "bakuxeber.az"ın rəhbərləri həbs ediliblər  |     15:32 Bu gündən balıq ovu QADAĞANDIR  |    
Left Banner
Right Banner

Xəyallar gerçək oldu: bu yolla Naxçıvana gedəcəyik - VİDEO

16.10.2023 12:05 1 773
Xəyallar gerçək oldu: bu yolla Naxçıvana gedəcəyik - VİDEO
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri ərazi bütövlüyümüzü bərpa etdikdən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə bir sıra mühüm infrastruktur layihələrinin icrasına başlanıldı. Belə layihələrdən biri Horadiz-Ağbənd dəmir yolu xəttinin yenidən qurulması idi.

Ölkəmiz üçün həm strateji, həm də iqtisadi əhəmiyyətə malik Horadiz-Ağbənd dəmir yolu xətti Zəngəzur koridorunun tərkib hissəsidir. Layihənin icrası nəticəsində Azərbaycanın əsas hissəsinin Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birbaşa nəqliyyat əlaqələri yaranacaq, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artacaq. Dəmir yolu işğaldan azad edilmiş torpaqlara həm vətəndaşların gediş-gəlişi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək. Zəngəzur dəhlizinin açılması bölgənin və eləcə də türkdilli ölkələrin iqtisadiyyatına da öz təsirini göstərəcək, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əhəmiyyətini daha da artıracaq.

Horadiz-Ağbənd dəmir yolu xətti 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən torpaqlarımızın işğal edilməsindən sonra dağıdılmış və fəaliyyətini dayandırmışdı. Uzun illərdir ki, qatarların son dayanacağı Füzuli rayonunun Horadiz stansiyasıdır. Lakin düşmən üzərində qazandığımız Qələbə ilə bu yol da aydınlığa çıxır.

Böyük strateji əhəmiyyəti olan Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialına böyük töhfə verəcək.скачать dle 11.3
Mojo.az Banner