Baş prokuror: “Ermənistanın cinayətləri ilə bağlı sübutların toplanması davam edir"
Bu fikirləri "Real TV”yə müsahibəsində Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.
"Təbii ki, sənədlərin təqdim olunmasında, hazırlanmasında prokurorluq da özünə aid hissədə iştirak edib. Konkret cinayət işlərinin istintaqı zamanı əldə olunmuş maddi sübutlar toplanıb. Bunların hamısı həmin proseslər zamanı istifadə olunur və gələcəkdə də olunacaq. Hazırda sübutların toplanması davam edir”, - deyə o vurğulayıb.
