Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:23 Okeanın altında gizlənən səkkizinci qitə: Zelandiya haqqında nə məlumdur? | 22:16 Qubada ağır qəzada ölən gəncin fotosu | 22:11 Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub | 22:03 COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev | 21:56 Dünyada əhali qocalır: Alimlər bunu tarixdə görünməmiş proses adlandırır | 21:51 Ukrayna Polşaya antidron texnologiyaları verəcək | 21:43 Bakı-Astara magistralında qəza: Avtomobil piyadanı vurdu | 21:39 "JEK"lərin dövlətə xeyli borcu yaranıb: Səbəb - VİDEO | 21:34 Prezident İlham Əliyev Türkiyədə səfərdədir - FOTO | 21:27 Bu ölkədə matəm elan edildi | 21:20 Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı | 21:15 Fransa kiberhücuma görə İranın səfirini XİN-ə çağırıb | 21:06 Aqrar məhsul istehsalı 3 il müddətinə ƏDV-dən azad edilir | 21:00 Bu rus məşhurlar Ukraynanın "qara siyahısı"na düşdü | 20:55 Gənclər lazımsız yarışa sürüklənir: Bir günlük təmtəraq, illərlə maddi yük (ŞƏRH) | 20:47 Alimlər plastikdən almaz əldə etməyin yolunu tapdı | 20:42 Cəbrayılda Türkiyə-Azərbaycan Meşəçilik Təlim Mərkəzi və Tinglik Kompleksi açıldı | 20:34 Xankəndi stadionunda ilk rəsmi oyun noyabrın 19-da keçiriləcək | 20:29 Rusiyada Azərbaycan restoranı 265 milyona satılır | 20:22 Səhər yeməyi üçün ən pis vaxt - Diyetoloqların cavabı |
Mojo.az Avto
Mojo.az Avto

ÜST-dən məktəblərin bağlanmasına reaksiya: Elm siyasətdən üstün olmalıdır

30.10.2021 13:48 1 650
ÜST-dən məktəblərin bağlanmasına reaksiya: Elm siyasətdən üstün olmalıdır
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu bütün qitədəki səlahiyyətliləri COVID-19-un yayılmasına qarşı profilaktik və məhdudlaşdırıcı tədbirlər görərkən məktəbləri bağlamamağa çağırır.

Qeyd edilir ki, ardıcıl dörd həftə ərzində Avropada - yeganə ÜST regionu - koronavirus infeksiyasının (oktyabrın üçüncü həftəsində qlobal miqyasda bütün yeni yoluxma hallarının 57 %-i) ötürülməsində artım müşahidə edib.

“Keçən həftə qışın yaxınlaşması ilə Avropa regionu ölkələrinin yarıdan çoxu bütün yaş qruplarında COVID-19-a yoluxma nisbətlərinin nəzərəçarpacaq dərəcədə artdığını bildirdi”, - deyə hesabatda qeyd edilir. Bu fonda 45 ölkə və ərazi məktəbləri ənənəvi təhsil üçün açıq saxlamağı tövsiyə edir, yeddi ölkə məktəblərin tam və ya qismən bağlanmasına, iki ölkə isə distant təhsilə üstünlük verir.

Vurğulanır ki, uşaqların təhsilində fasilə son çarə olmalıdır.

“Keçən il milyonlarla uşaq və yeniyetmənin təhsilini yarımçıq qoyan məktəblərin geniş şəkildə bağlanması, xüsusən də uşaqların psixi və sosial rifahına xeyirdən çox zərər vurdu. Biz eyni səhvləri təkrarlaya bilmərik”, - deyə qrumun rəhbəri Hans Kluge şərh edib.

ÜST məktəbləri bağlamaq əvəzinə, fiziki məsafə, əllərin tez-tez yuyulması, maskaların taxılması, sinif otaqlarının ventilyasiyası və xüsusən də yüksək yayılma şəraitində testlərin artırılması da daxil olmaqla geniş spektrli tədbirləri tövsiyə edir:

“Önümüzdəki aylarda COVID-19-un təsirini azaltmaq üçün həm hökumətlərin, həm də ictimaiyyətin qərarlarının epidemioloji vəziyyətin dəyişə biləcəyini və onunla birlikdə davranışımızın da dəyişməli olduğunu əsas götürərək, məlumat və sübutlara əsaslanması çox vacibdir. Elm siyasətdən üstün olmalı, xüsusən də bir neçə ölkədə yoluxma hallarının artdığı bir vaxtda uşaqların uzunmüddətli maraqları prioritet olaraq qalmalıdır.

Bizim bu problemi həll etmək üçün məktəbləri bağlamaqdan daha effektli vasitələrimiz var”.

Son xəbərlər