Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

“Vaksinin üçüncü, hətta dördüncü dozasının da vurulmasına ehtiyac var” - AÇIQLAMA

29.10.2021 12:45 1 104
“Vaksinin üçüncü, hətta dördüncü dozasının da vurulmasına ehtiyac var” - AÇIQLAMA
Bu gün dünya ölkələrində, eləcə də regionda COVID-19 virusuna yoluxma hallarında kəskin artımlar müşahidə edilir. Belə ki, COVID-19 virusunun “delta” ştammı ilə müqayisədə daha yoluxdurucu olan AY.4.2 yayılmağa başlayıb.

Qonşu Türkiyədə gündəlik yoluxma sayı 26 mini keçib, 210 nəfər vəfat edib, Gürcüstanda sutka ərzində yoluxma sayı 4 009, ölənlərin sayı 45, İranda isə son sutkada 11 mindən artıq insan koronavirusa yoluxub, 159 nəfər isə vəfat edib. Azərbaycanda sutka ərzində koronavirusa yoluxanların sayı 2 420 nəfər, ölənlərin sayı isə 29 olub. Müqayisədə bu göstəricilər kifayət qədər yaxşıdır və buna səbəb ölkəmizdə zamanında pandemiya ilə bağlı düzgün mübarizə üsullarının seçilməsidir.

Lakin insanlar vəziyyətin stabil olmasını düşünüb gigiyena qaydalarına laqeyd yanaşmamalıdırlar. Belə ki, sosial məsafə saxlanılması, qapalı məkanlarda maskadan istifadə olunmas vacibdir.

Bəs vaksinin üçüncü dozası necə, digər iki doza qədər önəmlidirmi?

Artıq ölkədə müəyyən bir qrup insan vaksinin üçüncü dozasını vurdurub.

Yaxın günlərdə vaksinin üçüncü dozasını vurduracaq olan millət vəkili Aydın Mirzəzadə Oxu.Az-a açıqlamasında bildirib ki, hazırkı vəziyyətdə vətəndaşların daha intensiv vaksinasiya olması, 3-cü doza vaksinasıyanın sürətləndirilməsi zəruridir :

“Bütün dünyada koronavirusun geniş yayılmasının qarşısını alan vaksinasiya oldu. Artıq 50 faizə qədər əhali hər iki dozada vaksin alıb və 1 aya biz ən yüksək göstəricilərlə əhalinin 80-90 faizinin vaksinasiya olunmasına nail olacağıq. Aparılan araşdırmalar onu göstərir ki, qarşıda vaksinin üçüncü, hətta dördüncü dozasının da vurulmasına ehtiyac var.

Elm adamlarının araşdırmaları göstərir ki, koronavirus əleyhinə vaksinin üçüncü dozası orqanizmin müqavimətini 5-6 dəfə artırır. Bu o deməkdir ki, biz yaşlı nəsli daha yaxşı qoruya bilərik. Həyatının gənclik dövrünü yaşayan neçə-neçə insan koronavirus səbəbindən vəfat edib. Təəssüf ki, bu gün koronavirusdan ölənlərin sayı artır və biz üçüncü dozanın vurulmasını mümkün qədər sürətləndirməliyik”.

Deputat vurğulayıb ki, yaxın günlərdə o özü də vaksinin üçüncü dozasını vurduracaq :

“Vaksinin iki dozasını vurdurduq. Hər hansı bir fəsadlar qeydə alınmadı. Hazırda həkimlərin tövsiyəsi üçüncü dozanın da vurulmasıdır. Hesab edirəm ki, bu proses də ölkəmizdə vaksinasiya strategiyasına uyğun şəkildə aparılacaqdır”.скачать dle 11.3
Mojo.az Banner