Mojo.az Banner
11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |     23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan idmançılarına Yaponiyanın fəxri ordeni təqdim edilib - FOTO

28.10.2021 23:38 3 312
Azərbaycan idmançılarına Yaponiyanın fəxri ordeni təqdim edilib - FOTO
Bakıda tanınmış idmançıların Yaponiyanın “Yüksələn Günəş” ordeni ilə təltifolunma mərasimi keçirilib.

“Report” xəbər verir ki, Yaponiyanın Azərbaycandakı səfiri Vada Cuniçi fəxri mükafatı “Kanokan TT” Peşəkar Cüdo klubunun prezidenti Tərlan Həsənova və həmin növ üzrə milli paralimpiya komandamızın sabiq baş məşqçisi Əhməddin Rəcəbliyə təqdim edib.

Mərasim zamanı səfir qeyd edib ki, bu nüfuzlu mükafatı Azərbaycanın müstəqilliyinin bərpasının 30 illiyi günlərində təqdim etmək, xüsusilə əlamətdardır: “Ordenlərin təqdim olunması azərbaycanlıların cüdo idman növünə töhfəsinin Yaponiya tərəfindən dəyərləndirildiyini göstərir. Azərbaycan idmançıları sözügedən ordenə 2016-cı ildən bu yana ikinci dəfədir layiq görülür”.

“Kanokan TT” klubunun prezidenti Tərlan Həsənov və qocaman idmançımız Əhməddin Rəcəbli də bu nüfuzlu mükafata görə təşəkkür ediblər.

Qeyd edək ki, “Yüksələn Günəş” ordeni ilə Yaponiya ilə əlaqələrin inkişafında müstəsna xidmətlərə görə əcnəbilər təltif olunur.


скачать dle 11.3
Mojo.az Banner