Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Kürdəmirdə bir sıra yeməkxanalarda nöqsanlar aşkarlanıb

28.10.2021 12:19 1 455
Kürdəmirdə bir sıra yeməkxanalarda nöqsanlar aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kürdəmirdə təşkil etdiyi reyd çərçivəsində yeməkxana kimi fəaliyyət göstərən bir sıra obyektlərə baxış keçirilib, nöqsanlar aşkar edilib.

Bu barədə Agentlik məlumat yayıb.

Bildirilib ki, agentliyin Şamaxı Regional Bölməsi tərəfindən Bakı-Qazax yolunun Kürdəmirdən keçən hissəsi boyunca yerləşən yeməkxanalara baxış keçirilib. Mətbəxlərin vəziyyəti, qidaların hazırlanma və saxlanma normaları analiz edilib.

Yoxlamalar nəticəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozuntusu aşkarlanıb. Yeməkxanalarda çiy və bişmiş qidaların eyni yerdə saxlanması, mətbəxlərdə isti və soyuq su şəraitinin olmaması, tullantı qablarının ağzı açıq saxlanılması əksər obyektlərdə müşahidə edilən hallardan olub.

Ət və süd məhsullarının hansı təsərrüfata aid olması, həmin təsərrüfatın sağlam olması haqqında arayışlar yoxlamaya təqdim edilməyib.

Qeyd edilir ki, reyd çərçivəsində yol kənarlarında fəaliyyət göstərən 5 yeməkxanaya baxış keçirilib, onlardan 3-də gigiyena qaydalarının kobud şəkildə pozulması, həmçinin işçilərin tibbi müayinəyə cəlb edilmədiyi müəyyən olunub.

Reyd zamanı aşkar edilən nöqsanlar barədə qanunvericilik tələbləri daxilində tədbir görülüb.

Son xəbərlər