Mojo.az Banner
11:58 Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib  |     11:55 "Telegram" istifadəçilərinə XƏBƏRDARLIQ: Dələduzlar yeni üsula əl atırlar  |     11:53 Pensiyaların yenidən hesablanması ilə bağlı YENİLİK olacaq? - Video  |     11:45 Bu tarixdə Ay tutulması 4 bürcün həyatını dəyişəcək – Astroloqdan AÇIQLAMA  |     11:40 Bu məhsullarda kif və acı dad varsa, istifadə etməyin! – VACİB XƏBƏRDARLIQ  |     11:27 Kirayə evlər daha da bahalaşacaq - ÇIXIŞ YOLU  |     11:17 Bütün sosial ödənişlərin yekunlaşacağı TARİX AÇIQLANDI  |     22:57 Çin heyətinin olduğu yük gəmisi batdı: 24 nəfərin taleyi açıqlanmayıb  |     22:44 "Özünü idarə edə bilmir" - Davranış pozuntusu olan uşaq məktəbə niyə qaytarılıb? - VİDEO  |     22:13 Azərbaycan onları axtarır (SİYAHI)  |     21:58 Sumqayıtda internat yataqxanasında GÜCLÜ YANĞIN: Zəhərlənənlər var  |     21:52 Azərbaycanda dəhşətli hadisə: Gölə düşən qardaşını xilas etmək istəyən bacı boğulub öldü, digəri axtarılır  |     21:44 Bakının günəşi avtomobilləri necə qocaldır?  |     21:40 "Tərcüməçi" filminin aktyoru Maykl Rayt vəfat etdi  |     21:39 Goranboy-Naftalan yolunda ağır qəza: Həlak olanlar var  |     21:08 Rusiya XİN: Metsamor AES-in bağlanması Ermənistanın enerji asılılığını artıracaq  |     21:02 Keçmiş məktəb direktoru vəfat etdi  |     20:50 Bu adada rekord sayda uzunömürlü insan yaşayır: Onlar hər gün nə yeyirlər?  |     20:44 Sahibkarlara şad xəbər: yeni güzəştlər sentyabrın 1-dən başlayır  |     20:35 Ürəyi və qan damarlarını qoruyur: Kişilərə səhərlər hansı içkini içməlidir?  |    
Left Banner
Right Banner

Toplanışa çağırılan ehtiyatdakı hərbçilər hərbi hissəyə qəbul olundular

26.10.2021 23:36 1 692
Toplanışa çağırılan ehtiyatdakı hərbçilər hərbi hissəyə qəbul olundular
Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün hazırlıq planına əsasən N nömrəli hərbi hissədə hərbi təlim toplanışı keçirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlim toplanış məntəqəsinin qərargahında hərbi vəzifəlilərin müvafiq qeydiyyatı aparıldıqdan və həkim müayinəsindən keçirildikdən sonra onlar hərbi geyim və digər təminat növləri ilə təmin olunublar.

Sonra toplanışa cəlb olunan heyət üçün Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim edilib.

Hərbi hissənin sıra meydanında xüsusi təyinatlıların nümunəvi çıxışları hərbi vəzifəlilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, təlim toplanışının keçirilməsində əsas məqsəd ehtiyatda olan hərbi vəzifəlilərin döyüş hazırlığının səviyyəsini, bilik və bacarıqlarını artırmaqdır.
Toplanışda hərbi vəzifəlilər hərbi xidmətdə qazandıqları döyüş vərdişlərini və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzda silahlanmaya yeni qəbul edilmiş müasir silah, hərbi texnika və avadanlıqlardan istifadə qaydalarını mənimsəyəcəklər.скачать dle 11.3
Mojo.az Banner