Mojo.az Banner
16:31 Fermerlər südü niyə qəpik-quruşa satırlar? – Bu süddən nə hazırlanır?  |     16:26 İtaliya Makronun elan etdiyi təlimə qatılmayacaq  |     16:21 Avqustun müavinət, təqaüd, ünvanlı sosial yardımları ödənilib  |     15:58 Robert Koçaryanla əlaqəli şirkət rəhbərlərinə qarşı cinayət işi açıldı  |     15:42 Növbəti üç gün ərzində temperatur KƏSKİN ENƏCƏK - XƏBƏRDARLIQ  |     15:25 "Bitcoin"in qiyməti artıb  |     15:06 Serj Sarkisyan da Antikorrupsiya Komitəsinə çağırıldı  |     15:05 Tovuzda DƏHŞƏT: Yeni qurulmuş ailədə QAN TÖKÜLDÜ  |     14:58 Azərbaycanda vəzifəli şəxs VƏFAT ETDİ - FOTO  |     14:49 Sabah güclü külək əsəcək  |     14:41 İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib  |     14:27 DİM sədri: "Ali təhsil müəssisələrinin qəbul planı 97.07% dolub"  |     14:26 Azərbaycana qanunsuz yolla gətirilən 866 qutu qəlyan tütünü aşkarlanıb  |     14:21 Azyaşlının ögey anası tərəfindən zorakılığa məruz qalması faktı araşdırılır  |     13:02 ABŞ tarixində ən böyük kütləvi viza ləğvinə hazırlaşır  |     12:55 Ağdamda sahibkar və şirkət işçisi narkotik vasitə ilə tutulublar  |     12:27 Bakı metrosunun iş rejimi dəyişdiriləcək - SƏBƏB  |     12:19 Bakıda bədbəxt hadisə: Uşaq dəmir barmaqlıqlara ilişərək öldü  |     12:17 Ağdamdakı qətllə bağlı ŞOK İDDİA: Pəncərədən daxil olaraq qayınatasını öldürüb (Yenilənib)  |     12:14 Bakıda piyada keçidində maşınla vurulan kişi öldü  |    
Left Banner
Right Banner

Braziliyalı hücumçu: "Ən böyük hədəfim "Neftçi" ilə çempion olmaqdır"

26.10.2021 20:50 3 135
Braziliyalı hücumçu:
"Həqiqətən də uyğunlaşmaqla bağlı yaxşı mənada təəccübləndim. Çünki "Neftçi"yə gələndən sonra burada mənimlə eyni dildə danışan çox futbolçu ilə tanış oldum. Bu isə adaptasiya prosesini tezləşdirdi".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Ramon Maçado paytaxt təmsilçisinə adaptasiyası barədə klubun rəsmi televiziyasına müsahibəsində deyib.

"Ağ-qaralar"a keçidindən sonra 2 qol vurduğunu deyən braziliyalı hücumçu bunu gözləmədiyini bildirib: "Düşünürdüm ki, baş məşqçi mənə hələ çox gec şans verəcək. Amma artıq ikinci oyunda meydana çıxdım və növbəti matçlarda fərqləndim. Bütün bunlara görə sevinirəm".

30 yaşlı forvard Azərbaycanda yaşadığı, "Neftçi" kimi klubda oynadığı və bu cür komanda yoldaşlarının olduğuna özünü xoşbəxt hiss etdiyini söyləyib: "Hər şey qaydasındadır. Əlimdən gələni etməyə çalışacağam ki, "Neftçi"nin ötən mövsüm qazandığı uğuru təkrarlayaq. Düşünürəm ki, doğru yoldayıq".

Təcrübəli forvardın sözlərinə görə, yeni komandasında fərdi hədəfləri yoxdur: "Bütün məqsədim komanda ilə bağlıdır. Ən böyük hədəfim bu mövsüm "Neftçi" ilə çempion olmaqdır".

Maçado bildirib ki, "Neftçi"yə keçməzdən öncə klub barədə məlumat əldə edib: "Bilirəm ki, bu klubda böyük uğurlar qazanmış, "Neftçi"nin tarixinə düşmüş braziliyalı futbolçular olub. Həm klubun, həm də azarkeşlərin mənə olan etimadını doğrultmaq, özümdən öncəki həmyerlilərimin uğurlarını təkrarlamaq üçün əlimdən gələni edəcəyəm".

Futbolçu "Neftçi"də daha yaxşı çıxış edəcəyinə inandığını vurğulayıb: "Burada çox xoşbəxtəm, amma bundan da xoşbəxt olacağımı gözləyirəm. İki qol vurduğum üçün şadam. Lakin bilirəm ki, daha çox şey edə bilərəm. Bizi qarşıda çox oyun gözləyir. Çalışacağam, bacardığım qədər qollar vurum və "Neftçi" ilə çempionluq yaşayım".скачать dle 11.3
Mojo.az Banner