Mojo.az Banner
21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |     20:49 Yerli dərman istehsalı artır: Apteklərdə xarici məhsulları əvəz edə biləcək?  |     20:44 171 illik planet iddiası çökdü: Heç vaxt mövcud olmayıb  |     20:36 Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?  |     20:31 6 il əvvəl pulunu verib mənzil aldı, başına oyun açdılar (VİDEO)  |     20:23 Bu dağların altında nəhəng "təmiz enerji" ehtiyatları tapıla bilər  |     20:17 Əlavə xərc çəkmədən praktik qarderob yaratmağın yolları açıqlandı  |     20:14 Məşhur aktyor vəfat etdi  |     20:09 Alimlər həftələrlə təsir edən lokal anesteziya hazırladı  |     20:04 Sədərək Ticarət Mərkəzində avtobus aşdı - VİDEO  |     19:55 Məşhur şirkətlərin rəhbərinə ölkədən çıxış qadağa edildi  |     19:50 Nərimanovda oğurluq edənlər saxlanılıblar  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda polis əməkdaşları silah oğurlamaqda təqsirli bilinir

26.10.2021 14:09 2 367
Azərbaycanda polis əməkdaşları silah oğurlamaqda təqsirli bilinir
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları Musa Allahverdiyev və Elxan Mustafayev barəsində cinayət işi başlanılıb.

APA xəbər verir ki, hər iki polis əməkdaşına Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) və 232.2.3-cü (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə odlu silahı, döyüş sursatını, partlayıcı maddələri talama) maddələri ilə ittiham verilib.

Belə ki, Sabunçu Rayon Polis İdarəsində “Zəfər K” tapançalarından birinin yoxa çıxması 2020-ci ilin dekabrında üzə çıxıb. Bakı şəhər Baş Polis İdarəsi tərəfindən aparılan yoxlama nəticəsində məlum olub ki, silahların sayında əskiklik var.

Silahın axtarışları dörd ay davam edib və 2021-ci ilin aprelində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı Musa Allahverdiyev və Post Patrul Xidmətinin əməkdaşı Elxan Mustafayev bu məsələ ilə əlaqədar saxlanılıb.

Hər iki polis əməkdaşı barəsində aparılan ibtidai istintaq başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hazırda cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Qeyd edək ki, 2020-ci ilin dekabrında yoxlama zamanı silahın yoxa çıxdığı aşkarlananda bir sıra şəxslər cəzalandırılıb, o cümlədən növbətçi hissənin rəisi Səhrab Rzayev vəzifəsindən azad edilərək, sərəncama göndərilib.

2021-ci ilin aprelində silahın yeri məlum olandan sonra o, Sabunçu rayonu, 13-cü polis bölməsinə inspektor vəzifəsinə təyin edilib.скачать dle 11.3
Mojo.az Banner