Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bakıda TIR ağır qəza törətdi - YENİLƏNİB + VİDEO

26.10.2021 13:54 2 175
Bakıda TIR ağır qəza törətdi - YENİLƏNİB + VİDEO
Bakıda TIR-ın qəzaya düşməsi nəticəsində ölən yoxdur.

Bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli Məlumat verib. O bildirib ki, yol-nəqliyyat hadisəsi bu gün səhər saatlarında qeydə alınıb:

“Lökbatan qəsəbəsində ağır tonnajlı yük avtomobili hərəkətdə olarkən maneəyə çırpılıb. Sürücünün xəsarət aldığı bildirilib. Hadisə yerinə Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hadisə barədə araşdırılma aparılır, yekun nəticə barədə ictimaiyyətə məlumat veriləcək”.

* * * * *

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Oxu.Az-ın məlumatına görə, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi istiqamətində baş verib.

Belə ki, hərəkətdə olan ağır tonnajlı yük avtomobili (TIR) Qaradağ Rayon Baş Polis İdarəsinin yaxınlığında yol kənarındakı obyektə çırpılıb.

İlkin məlumatlara görə, xəsarət alanlar var.

Son xəbərlər