Mojo.az — elanlar
Son Xəbərlər
21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |     20:35 Milyonlarla insanın istifadə etdiyi fotonun ulduzuna bir də baxın  |     20:33 Çində 7 maqnitudalı zəlzələ olub  |     20:32 Ordubadın Dırnıs kəndindən sel keçib  |     20:08 Naxçıvanda vəzifəli şəxs həbs edildi  |     19:39 Bakıda yaşayış binasında uçqun  |     19:28 Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib  |     19:20 Dövlət agentliyi "Aztelekom"un internet tariflərini artırmaq təklifini rədd etdi  |     19:17 Gəncədə yol qəzasında 3 nəfər xəsarət alıb  |     18:58 Sədr vəzifəsindən çıxarılan şəxs sabiq deputatın qardaşıdır  |     18:46 Sahil qəsəbəsində avtobusların hərəkət istiqaməti dəyişdirilir  |     18:43 Metropoliten rəisinə yeni müavin təyin olunub  |     18:37 Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist HƏBS EDİLDİ  |     18:28 Bakıda xəstəyə meyitdən ürək KÖÇÜRÜLDÜ  |     18:22 Dekorçu qadının “Rolex” qol saatını oğurlayaraq satdı, puluna “iPhone” aldı, restoranda xərclədi  |     18:20 Qubada avtomobili dövlət qeydiyyat nişansız idarə edən qazilər saxlanılıb.  |     18:18 Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu  |     18:16 Qızını döydüyü üçün kürəkənini öldürən şəxs məhkəmə zalından azad edildi - DETALLAR  |     18:12 Amnistiyaya düşən kişi arvadını döydü  |    
Mojo.az Avto
Mojo.az Avto

BMT-nin Baş katibi Sudandakı vəziyyəti qınayıb

25.10.2021 22:46 1 209
BMT-nin Baş katibi Sudandakı vəziyyəti qınayıb
“BMT-nin Baş katibi Antonio Qutereş Sudanın paytaxtı Xartumda davam edən hərbi qarşıdurmanı və Sudanın siyasi keçidinə, sabitliyinə təhlükə yarada biləcək bütün hərəkətləri şiddətlə qınayır. BMT Sudanda siyasi keçidinin reallaşmasına sadiqliyini və dəstəyini bir daha bəyan edir. Bu keçid prosesinə xələl gətirmək cəhdləri Sudanın təhlükəsizliyini, sabitliyini və inkişafını riskə atır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefan Dujarrik mətbuat konfransında deyib. O, BMT-nin Baş katibi Antonio Qutereşin maraqlı tərəfləri dərhal dialoqa çağırdığını deyib:


“Baş katib keçid dövrü üçün imzalanmış Konstitusiya Bəyannaməsində nəzərdə tutulan idarəetmə mexanizmlərinin dərhal yenidən qurulmasını tələb edir. Baş nazirin, hökumət rəsmilərinin və siyasətçilərin qanunsuz olaraq saxlanılması qəbuledilməzdir. Baş verənlər Konstitusiya Bəyannaməsinin müvəffəqiyyəti üçün vacib olan ortaqlığa ziddir. Baş katib, baş nazirin və özbaşına saxlanılan digər şəxslərin dərhal azad edilməsini tələb edir. Maraqlı tərəflər dərhal dialoqa qayıtmalı və Sudanın keçid prosesini bərpa etmək üçün vicdanla hərəkət etməlidirlər. BMT Sudan xalqının sülh, firavan və demokratik bir gələcək üçün mücadilələrində onların yanlarında olmağa davam edəcək”.

Qeyd edək ki, oktyabrın 24-dən 25-nə keçən gecə Sudanda növbəti hərbi çevriliş olub. Hökumət və parlament binaları mühasirəyə alınıb, Xartum Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb.

Son xəbərlər