Mojo.az Banner
13:05 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək  |     13:01 İranın yeni Ali Lideri Müctəba Xamenei yaralanıb - RƏSMİ  |     12:52 Bakı-Ağstafa-Bakı istiqamətində ƏLAVƏ QATAR REYSLƏRİ olacaq  |     12:49 ABŞ-dən Çinə qarşı 200 milyard dollarlıq həmlə  |     12:14 Azərbaycan nefti beş dollar BAHALAŞDI  |     11:59 Ağsuda küçədə meyiti tapılan şəxslə bağlı İLGİNC FAKTLAR (Yenilənib)  |     11:49 "Brent" markalı neft KƏSKİN BAHALAŞDI  |     11:45 UEFA Avropa Liqası: 1/8 final mərhələsinə start verilir  |     11:43 Video yaratmaq daha da asanlaşır: "Sora" və "ChatGPT" inteqrasiya olunur  |     11:34 Tehranda "qara yağış": Qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - Video  |     11:20 Vətəndaş xəbəri olmadan adına 6000 manatlıq məişət texnikası götürüldüyünü iddia edir - Video  |     11:18 Proaktiv qaydada sosial müavinət və təqaüd təyin olunanların sayı açıqlandı  |     23:02 Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək  |     22:57 Gəncədə məktəb direktoru ardıcıl töhmətlərdən sonra işdən çıxarıldı  |     22:50 İrandan Azərbaycana təxliyə: Daha 42 xarici vətəndaş sərhədi keçdi  |     22:45 "Neftin qiymətinin 200 dollara çatacağı günə hazır olun" - İran  |     22:36 Türk Hava Yolları İrəvana uçuşlara başladı  |     22:30 Bu rayonlarda qanunsuz kömür quyuları aşkarlandı  |     22:22 Ramazanın 22-ci gününün duası - İmsak və iftar vaxtı  |     22:17 Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Azərbaycana gəldi  |    
Left Banner
Right Banner

Sahibə Qafarova NATO nümayəndə heyəti ilə görüşüb

18.10.2021 19:40 840
Sahibə Qafarova NATO nümayəndə heyəti ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova NATO Baş katibinin siyasi və təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin sədri Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramında fəal iştirak etdiyini söyləyib. O bildirib ki, ötən müddət ərzində əməkdaşlığımız uğurla inkişaf edib. Spiker vurğulayıb ki, Azərbaycan beynəlxalq sülhün qorunmasına öz töhfəsini verir, təşkilata assosiativ üzv kimi NATO-nun sülhyaratma missiyalarında fəal iştirak edir. Azərbaycan Prezidentinin vurğuladığı kimi, NATO-nun sülhməramlı əməliyyatlarında iştirak əməkdaşlığımızın mühüm tərkib hissəsidir. Bu baxımdan NATO əsgərləri ilə çiyin-çiyinə Əfqanıstanda azərbaycanlı əsgərlərin son günədək xidmətini xüsusi qeyd etmək lazımdır. Azərbaycan NATO-nun Qadınlar, sülh və təhlükəsizlik proqramı çərçivəsində də fəaldır.

Azərbaycan Milli Məclisinin NATO Parlament Assambleyası ilə əlaqələri haqqında danışan Sahibə Qafarova deyib ki, təşkilatla sıx əməkdaşlığımız mövcuddur. Milli Məclisin nümayəndə heyəti təşkilatın sessiyalarında və seminarlarında iştirak edir.

Görüşdə Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi zəfər barədə məlumat verən Milli Məclisin sədri bildirib ki, 30 ilə yaxın müddətdə Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayıb. Ötən il Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu öz gücü ilə torpaqlarını işğaldan azad edərək, BMT Təhlükəsizlik Şurasının bu məsələ ilə bağlı qətnamələrini həyata keçirib. Spiker deyib ki, bu gün artıq Qarabağ münaqişəsi tarixə qovuşub. Ölkəmiz hazırda Qarabağda quruculuq və bərpa işləri aparır, hava limanları, yollar, körpülər, digər infrastruktur obyektləri qurur. Azərbaycan regionda sülh və əmin-amanlığın bərpa olunmasını istəyir. Ermənistan isə yenə təxribatlara əl atmaqda davam edir. O deyib ki, 10 noyabr bəyanatından bir ilə yaxın vaxt ötməsinə baxmayaraq, Ermənistan hələ də minalanmış ərazilərin xəritələrini təqdim etməyib. Bu, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.

Söhbətdə Azərbaycana ilk dəfə səfər etdiyini söyləyən NATO Baş katibinin siyasi və təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Milli Məclisin sədrinə "Müstəqilliyin bərpası günü" münasibəti ilə təbriklərini çatdırıb, ölkəmizdə gördüyü inkişafdan məmnunluğunu ifadə edib. O bildirib ki, pandemiya səbəbindən səfərlərin həyata keçirilməsində çətinliklər yaransa da, onun regiona bu səfəri NATO Baş katibinin tapşırığı ilə həyata keçirilir. Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyanın tərkibində iştirakına görə təşəkkür edən qonaq təşkilata assosiativ üzv olan Azərbaycanla əməkdaşlığa böyük önəm verildiyini diqqətə çatdırıb. O, Azərbaycanla təmsil etdiyi qurum arasında münasibətləri yüksək dəyərləndirib.

Görüşdə Milli Məclisin NATO PA-da nümayəndə heyətinin başçısı, parlamentin komitə sədri Ziyafət Əsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.

скачать dle 11.3
Mojo.az Banner