Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər | 20:49 İnfarkt və insult riskinin ən yüksək olduğu saatlar | 20:42 Bu məhsullar bahalaşıb - SİYAHI | 20:37 Lənkəranda bir ailə plov və turşudan zəhərləndi - AQTA-dan xəbərdarlıq | 20:30 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ | 20:24 Amerikalı aktyor vəfat etdi | 20:15 Azərbaycanın 10 aylıq büdcə göstəriciləri açıqlandı | 20:10 8 çamadan dolu pul yerə səpələndi - Astanada (VİDEO) | 20:03 Atasının ölümünə səbəb olan sürücü ilə zərərçəkmişlər barışdı - Məhkəmədən qərar |
Mojo.az Avto
Mojo.az Avto

İşğaldan azad olunan ərazilərin monitorinqinin ilkin nəticələri Baş Prokurorluğa təqdim olunub

16.10.2021 15:49 2 193
İşğaldan azad olunan ərazilərin monitorinqinin ilkin nəticələri Baş Prokurorluğa təqdim olunub
“Azərbaycan ekologiya ilə bağlı 20-ə yaxın komissiyanın üzvüdür. Amma əfsuslar olsun ki, 30 il ərzində Qarabağdakı ekoloji vəziyyətlə bağlı etdiyimiz müraciətlərə cavab verilməyib”.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

Onun sözlərinə görə, işğal dövründə 100 min hektar ərazi yanğına məruz qalıb:

“Yanğınla orada olan bitki, fauna və flora tamamilə məhv olub. Qarabağda təbiətin yenidən bərpa olunması üçün uzun illər lazım olacaq. Torpaqlarımız işğaldan azad olunduğu üçün oradakı ekosidin nəticələrini görə bilirik”.

O bildirib ki, işğaldan azad olunmuş ərazilərin monitorinqinin ilkin nəticələri Baş Prokurorluğa təqdim olunub:

“Bununla bağlı cinayət işi açılacaq və beynəlxalq hüquq müstəvisində onlar törətdikləri vəhşiliklərə görə cavab verməli olacaqlar. Biz orada bir çox işlər görmək istəsək də əfsuslar olsun ki, bu, bizdən asılı olan məsələ deyil.

Həmin yerlər minalanmış olduğu üçün çox təhlükəli ərazilərdir. Böyük qayıdışın tərkib hissələrindən biri də oradakı ekoloji mühitin bərpa edilməsi, ekologiyanın sağlamlaşdırılması istiqamətində işlərin görülməsidir. Nazirlik olaraq səlahiyyətlərimiz daxilində bu işlər görülür. Görəcəyimiz işlər orada mərhələlərə bölünüb”.

Son xəbərlər