Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Xarici ölkədə vaksin olunanlar Azərbaycanda sistemə düşə bilmir? - AÇIQLAMA

14.10.2021 17:53 969
“Bir müddət əvvəl xarici ölkələrdə koronavirusdan sağalan və ya vaksin vurdurub gələn Azərbaycan vətəndaşlarının ölkəmizdə qeydiyyata düşməsində problem yaşanırdı. Bununla bağlı çoxsaylı müraciətlərdə daxil olurdu”.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov AzTV-nin efirində yayımlanan “Gün başladı” proqramında aparıcının xaricdə koronavirusa yoluxub sağalan vətəndaşların ölkəyə qayıtdığı zaman qarşılaşdığı problemlə bağlı suallarını cavablandırarkən deyib.

O bildirib ki, xarici ölkələrdə vaksin olunan və ya COVID-19 xəstəliyinə yoluxub sağalmış Azərbaycan Respublikası vətəndaşları və ölkəyə gələn əcnəbi vətəndaşlar bunu təsdiq edən sənədləri Səhiyyə Nazirliyinə təqdim edərək yaradılmış komissiyada qeydiyyatdan keçməklə müvafiq sertifikatı əldə edə bilərlər.

“Bunun üçün ilk növbədə https://randevu.its.gov.az/ saytına daxil olaraq sağ tərəfdə yerləşən “COVID-19 Certificate Appointment” pəncərəsi seçilməlidir. Açılmış hissədə təqdim olunan məlumatları dolduraraq uyğun saat qeyd etdikdən sonra elektron ünvanlarına randevunun təsdiqi ilə bağlı mesaj gələcək. Qeyd edilmiş saatda şəxsiyyət vəsiqəsi (AR vətəndaşları), qeydiyyat sənədi (əcnəbi vətəndaşlar), xarici pasport və peyvənd olunduqlarına və ya xəstəliyə yoluxub sağaldıqlarına dair sənədləri Səhiyyə Nazirliyinə təqdim etməklə sertifikatlarını təsdiq etdirə bilərlər”.скачать dle 11.3
Mojo.az Banner