Mojo.az Banner
00:22 Maariv: Türkiyə və Pakistan — İsrailin yeni düşmənləri  |     00:08 ABŞ: Şrivportda atışma — 8 uşaq həyatını itirdi  |     23:01 Bakı metrosunda qatarın informasiya sistemi sıradan çıxdı - Video  |     22:56 Azərbaycanlı idman ustası vəfat edib - FOTO  |     22:49 Evdən işləməyin gizli qarşılığı: Vəzifə yüksəlişi şansınız risk altındadır?  |     22:41 Türk qəhvəsi: Tarixindən faydalarına qədər - Bu ənənə necə formalaşıb?  |     22:36 Bakıda xəstəni həyata qaytaran həkimlərin adları məlum olub - FOTO  |     22:30 Azərbaycanda III ixtisas qrupu ləğv olunur?  |     22:22 Cokoviç Federerin rekordunu qırdı  |     22:16 Trampdan İsraillə bağlı açıqlama  |     22:11 Uşaq dünyaya gətirən 15 yaşlı qıza təcavüz olunub - İddia (Video)  |     22:03 Azərbaycanda məşhur iş adamı dəniz kənarındakı villasına mebel alıb pulunu ödəməyib? - İDDİA (Video)  |     21:58 Dəri, ürək və ümumi sağlamlıq üçün hansı balıq faydalıdır?  |     21:52 Ukrayna səfiri Azərbaycana təşəkkür etdi  |     21:47 Şəhid ailələrinin problemini həll etmədiyi üçün işdən çıxarılan Rəşad Əhmədəliyevin yerinə TƏYİNAT  |     21:39 Milyonlarla istifadəçi "ChatGPT"yə girə bilmir  |     21:33 Məşhur Hollivud aktyoru vəfat etdi  |     21:28 CENTCOM: "Blokadanın əvvəlindən İranla əlaqəli 27 gəmi ələ keçirilib"  |     21:20 İmişli sakinini "tok" vurub öldürdü  |     21:15 Rusiya səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırıldı  |    
Left Banner
Right Banner

Azərbaycanda ayılar şəhər mərkəzində vahimə yaratdı - YENİLƏNİB + VİDEO

08.10.2021 11:26 1 887
Azərbaycanda ayılar şəhər mərkəzində vahimə yaratdı - YENİLƏNİB + VİDEO
“Bu gün səhər saatlarında Balakən rayonunun Mahamalar kəndindən keçən yolda iki ayı balasına rast gəlinib”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan video görüntülərdən aydın olur ki, bu heyvanlar bala ayılardır:

“Ayılar iki yaşında olduqda ana ayı balaları özündən ayırır və balaların təbii instinktlərə yiyələnməsi, özlərinə yem axtarması üçün onlar artıq sərbəst həyat tərzi keçirməyə başlayırlar. Çox güman ki, balalar kəndin yaxınlığındakı meşəlik ərazidən yollarını azaraq kəndə daxil olublar. Hazırda meyvənin bol olduğu bir mövsümdür, ayılar da meyvələrlə, giləmeyvələrlə qidalandığına görə ehtimal ki, kənd ətrafındakı bağlarda qida axtarışında olublar. Səbəblərdən biri də kənd evlərindəki itlərin onları hürkütməsi ola bilər.

Belə olan təqdirdə bu heyvanlara hər hansı bir müdaxilə etmək, onları təqib etmək qətiyyən olmaz. Çünki bu zaman heyvanlar stresə düşürlər və onlarda aqressivləşmə baş verir. Göründüyü kimi onlar körpədirlər. Əksinə, müdaxilə olmazsa, onlar ərazini sakit şəkildə tərk edəcəklər”.

“Videodan göründüyü kimi insanlar onları nəqliyyat vasitələri ilə təqib edirlər. Belə olanda, əksinə insanın özü üçün təhlükə yaranır. Bu baxımdan şəhər mərkəzlərində, hər hansı yaşayış məskənlərində vəhşi heyvan görünən zaman müdaxilə etmədən onların ərazini tərk etmələrinə şərait yaratmaq lazımdır.

Əhalidən xahiş edirik ki, vəhşi heyvanın şəhər küçələrində görünməsini anlayışla qarşılasınlar, təmkinli olsunlar, vəhşi heyvanın olduğu əraziyə yaxınlaşmasınlar, onu hürkütməsinlər. Bu, qeyri-adi bir hadisə deyil, vəhşi heyvanların şəhər və qəsəbələrdə görünməsi dünyanın bir çox yerlərində zaman-zaman müşahidə olunur. Bu baxımdan insanları duyarlı olmağa, daha həssas davranmağa çağırırıq” - deyə o əlavə edib.

* * * * *

Balakəndə ayı balaları peyda olub.


Səhər saatlarında Balakən şəhərinin küçələrində qaçan ayı balaları vahiməyə səbəb olub.

Digər görüntü isə Balakənin Mahamalar kəndi yaxınlığında lentə alınıb.

Lentə alınan görüntülərdə avtomobil yolu ilə qaçan vəhşi heyvanların meşəyə tərəf qovulduğu deyilir.

Həmin videogörüntüləri təqdim edirik:скачать dle 11.3
Mojo.az Banner