Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

“Şəhid olsam ağlamayın, başınızı dik tutun” - şəhid kapitan Qubatov - FOTO

06.10.2021 22:58 996
“Şəhid olsam ağlamayın, başınızı dik tutun” - şəhid kapitan Qubatov - FOTO
Kapitan Zülfüqar Qubatov 1975-ci ildə Ağsu rayonunun Dilman kəndində anadan olub. Dilman kənd tam orta məktəbini bitirdikdən sonra 1992-1995-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində hərbi təhsil alıb. 1995-ci ildən 2008-ci ilədək Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müxtəlif hərbi hissələrdə xidmət edərək ehtiyata buraxılıb.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, Zülfüqar Qubatov işğal altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsinin ilk günlərində - sentyabrın 29-da silaha sarılaraq cəbhəyə yola düşüb.

Şəhidin həyat yoldaşı Aynur Qubatova deyir ki, Zülfüqar çox vətənpərvər olub: "Onunla hər dəfə danışanda deyərdi ki, "Narahat olmayın, mən hərbçiyəm, torpağımızı azad etmək bizim borcumuzdur. Şəhid olsam ağlamayın, möhkəm olun, başınızı dik tutun, fəxr edin. Vətən uğrunda da şəhidlik zirvəsinə yüksəldi. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Müxtəlif istiqamətlərdə döyüş əməliyyatlarına qoşulan kapitan Zülfüqar Qubatov əsgərləri ilə birgə düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib. Oktyabrın 13-də isə ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Zülfüqar Qubatov şəhidlik məqamına yüksələrkən döyüş yoldaşı baş leytenant Azad Məmmədov onun yanında olub. Deyir ki, qarşıya qoyulan növbəti tapşırığı yerinə yetirmək üçün düşmən mövqelərinə hücuma keçiblər. Həmin döyüşlərdə önəmli mövqelər azad edilsə də, itkilərimiz də olub: "Kapitan Qubatov da həmin döyüşlərdə yaralandı. Onu döyüş meydanından çıxarmaq istəsək də, razı olmadı. Dedi ki, ilk növbədə yaralı əsgərləri təxliyə edin. Erməni silahlı birləşmələri isə həmin ərazini dayanmadan minomyotlardan atəşə tuturdu. Kapitan Qubatov daha bir neçə qəlpə yarası aldı, elə orada da şəhidlik zirvəsinə ucaldı".

Şəhid Zülfüqar Qubatovun digər döyüş yoldaşı baş leytenant Rövşən Quliyev isə bildirir ki, döyüşçü qardaşının intiqamını elə döyüş meydanında alıblar. "Bir şəhidimizin belə qanı yerdə qalmadı, Azərbaycan Ordusu düşmənə döyüş meydanında layiqli cavab verdi. Ali Baş Komandanımızın tapşırıqlarını Azərbaycan əsgəri sevə-sevə yerinə yetirirdi. Bunun nəticəsi olaraq 44 gündə düşmənin canlı qüvvəsi və texnikası yox edildi. Gənc nəslə onu demək istəyirəm ki, hər zaman vətəninə, dövlətinə sadiq olsunlar, hər zaman dövlətimizlə birgə olsunlar", - deyə o əlavə edib.

Zülfüqar Qubatovun anadan olmasının 46-cı ildönümü onun məzarı yanında qeyd olunub. Mərasimdə şəhidin ailə üzvləri, qazilər, hərbçilər, din xadimləri iştirak edərək, Zülfüqar Qubatovun məzarı üzərinə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Şəhid kapitan "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif olunub.

скачать dle 11.3
Mojo.az Banner