Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
"Report"un xəbərinə görə, toplantının gündəliyinə iki məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
1. “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
2. Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvünün seçilməsi haqqında.