Mojo.az Banner
18:08 Bakı Qızlar Universiteti fəaliyyətini dayandırdı  |     17:55 Abşeronda ağır qəza - İki futbolçu öldü (Video)  |     17:47 67 yaşlı qadın alverçisi Kurta HÖKM OXUNDU  |     17:26 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq  |     17:19 Aliment borcunu ödəməyən ataya növbəti CƏZA VERİLDİ  |     16:34 Bloqer Müjgan həbs edildi  |     16:18 Paşinyan: "Türkiyə ilə münasibətlərdə hansı formatı əsas götürəcəyimizi müəyyənləşdirməliyik"  |     15:23 Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ  |     15:22 Dənizdə batan 17 yaşlı oğlanın MEYİTİ TAPILDI  |     14:03 Azərbaycan xaricdə bu qurumlara borcludur  |     13:49 Bərdədə 36 yaşlı qadın yıxılaraq öldü  |     13:47 Çimərliklərə giriş niyə ödənişlidir?  |     13:28 İsraildən iddialı qərar: "F-35" qırıcısını üstələyən aparat istehsal edəcək  |     13:25 "Peşəsinə və istedadına xəyanət edənlərin maskası yırtılacaq" - Əli İsa Cabbarov  |     13:15 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO  |     13:10 İranda 4.5 bal gücündə zəlzələ baş verib  |     13:09 Ermənistan hökuməti istefaya gedir: Paşinyan detalları açıqladı  |     12:44 İyulun son gününün hava PROQNOZU  |     12:19 Azərbaycana hansı ölkənin botoksu gətirilir? – Rəsmi açıqlama  |     11:54 Azərbaycanda ən çox və ən az pensiyaçı olan rayonlar  |    
Left Banner
Right Banner

“Dəmir yumruq”u öpmək istəyən xanəndə danışdı (VİDEO)

05.10.2021 22:06 1 182
“Dəmir yumruq”u öpmək istəyən xanəndə danışdı (VİDEO)
Prezident İlham Əliyevin Cəbrayıla dünənki səfəri bir sıra məqamlarla yadda qalıb. Dövlət başçısı Cəbrayıldan olan ictimaiyyət nümayəndələri ilə görüşərkən Əməkdar artist Yaqut Abdullayeva çıxış edib

Xanəndə 44 günlük Vətən müharibəsindən sonra bir arzusu olduğunu - "Dəmir yumruq"u öpmək istədiyini dilə gətirib.

Daha sonra Y.Abdullayeva Prezidentə yaxınlaşıb və dövlət başçısı onunla görüşüb, lakin əlindən öpməyə icazə verməyib.

Yaqut Abdullayeva görüş təəssüratlarını Modern.az-la bölüşərkən doğma torpağa ayaq basmağın sözlə ifadə olunmayacaq bir hiss olduğunu vurğulayıb:

"Təəssüratlarım elə görüntülərdəki kimidir. Bizim Prezidentimiz çox səmimi, sadə insandır. O anları yaşadığım, Cəbrayıla getmək arzum həyata keçdiyi üçün özümü dünyanın ən xoşbəxt insanı hesab edirəm. Torpağıma ayaq basdım, el-obamı gördüm. Prezidentimiz bizlə o qədər səmimi davrandı ki, mən inanmıram dünyada onun kimi insan, dövlət başçısı olsun.

Millətimiz kimi millət, rəhbərimiz kimi rəhbər, dövlətimiz kimi dövlət yoxdur. Yetər ki, biz özümüzün qədrini bilək, dəyər verək. Ayağım torpağıma dəyibsə, yaşadığım hisslər sözlə ifadə oluna bilməz. Allahıma sonsuz təşəkkür edirəm ki, bu xoşbəxtliyi mənə yaşatdı”.

Xatırladaq ki, "Dəmir yumruq" Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək işğal altındakı torpaqların azad edilməsi uğrunda apardığı döyüş əməliyyatlarının adı olub.

Qeyd edək ki, Yaqut Abdullayeva 1954-cü ildə Cəbrayıl şəhərinin Yarəhmədli məhəlləsində anadan olub. Sənətə doğru ilk addımını Cəbrayıldakı M.Qorki (indiki akademik M.Mehdizadə) adına 1 saylı şəhər orta məktəbinin 6-cı sinifdə oxuduğu zaman atıb.

1971-ci ilə Cəbrayıl rayon Mədəniyyət evinin "Çinar” ansamblının solisti kimi ilk dəfə televiziyada çıxış edib, "Ay bülbüllər” xalq mahnısını oxuyub.

1973-cü ilin yayında Bakıda İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinə daxil olub. Sonra "Xatirə” xalq çalğı alətləri ansamblının solisti sırasına qəbul edilib.

1982-86-cı illərdə Opera və Balet Teatrında fəaliyyət göstərib. Burada "Leyli və Məcnun"da Leyli obrazını yaradıb, "Şah İsmayıl"da Ərəbzənginin, "Gəlin qayası"nda Sənəmin partiyalarını ifa edib.

Azərbaycan Televiziyasının fondunda bir neçə solo konsertinin, radioda isə ifa etdiyi 150-dən artıq xalq mahnısının, təsnif və muğamın lent yazıları saxlanır.

1973-cü ildən məşhur tarzən, Xalq artisti Əhsən Dadaşovun adını daşıyan xalq çalğı alətləri ansamblının solistidir. 2005-ci ildə diski buraxılıb.

1978-ci ildən, yəni Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirən vaxtdan həmin təhsil müəssisəinin Vokal kafedrasında çalışır. Universitetin dosenti tələbələrə muğam və xalq mahnıları fənnindən dərs deyir. Azərbaycan Respublikasının Əməkdar artistidir.скачать dle 11.3
Mojo.az Banner