Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:03 İlham Əliyev: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək" | 12:02 Prezident: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" | 12:01 İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb | 11:59 Oğlu öldürülən qadın gəlinini bağışladı, cəzası azaldıldı | 11:59 Yaponiyada mobil rabitə böhranı: Zəng və SMS xidmətləri dayandı | 11:57 Azərbaycan nefti xeyli ucuzlaşdı | 11:56 İlon Mask bir gündə 30 milyard dollar itirdi | 11:55 Fransada banka kiberhücum: 118 milyon avrodan çox vəsait oğurlandı | 11:53 Azərbaycanda evli direktor müavini sevgilisi tərəfindən şantaj edildi - Təfərrüat | 11:49 Azərbaycanda çips vergiyə cəlb olunacaq | 11:45 Azərbaycanda bəzi mənzillər vergidən azad edilir | 23:01 Alimlər milyonlarla insanın yaşadığı vulkanın altında iki maqma kamerası tapdı | 22:55 Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək | 22:46 Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı | 22:41 "Voyacer-1" Yerdən bir işıq günü uzaqlaşacaq - Siqnalın çatması 24 saat çəkəcək | 22:33 Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib | 22:28 "Zelenski Ukraynanı ətçəkən maşına çevirib" - Zaxarova | 22:20 4 tibb müəssisəsində qanun pozuntuları aşkarlandı - Rəhbərləri çıxarıla bilər | 22:14 Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - Foto | 22:08 Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı |
Mojo.az Avto
Mojo.az Avto

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

02.10.2021 16:23 2 715
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

FHN-dən daxil olan müraciətdə deyilir:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, oktyabrın 3-ü axşamdan 7-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi, küləyin arabir güclənəcəyi gözlənilir.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, vətəndaşları hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, leysan xarakterli intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən, hündür ağaclardan uzaq durmaq, elektrik dirəyi və naqillərinin altında dayanmamaq tövsiyə olunur. Güclü külək zamanı yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!”

Son xəbərlər