Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var
Gədəbəydə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report” xəbər verir ki, hadisə “Söyüdlü yolu” adlanan ərazidə qeydə alınıb.
Belə ki, “UAZ” markalı avtomobil idarəetmədən çıxaraq, dərəyə aşıb. Qəza nəticəsində azı 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.