Tovuz rayonunda avtomobil dərəyə aşıb.
Median.Az-ın report-ya istinadən məlumatına görə, hadisə rayonun Kirən kənd ərazisində qeydə alınıb.
Hərəkətdə olan UAZ markalı avtomobilin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində 8 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.