Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:41 Abşeronda 89 yaşlı qadın zəhərlənib öldü | 11:37 Azərbaycanda müəllimlərə şagirdlərlə bağlı qadağa | 11:28 Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı yeni detallar | 11:16 Bakıda qadın sürücü qəza törətdi, ölən var | 11:11 Alyona Əliyeva COP31-dən paylaşım edib - Foto | 11:08 MİDA 1049 mənzili satışa çıxarır — qiymətlər 43 min 225 manatdan başlayır | 11:03 Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi | 23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO |
Mojo.az Avto
Mojo.az Avto

Aleksandr Proxanov: “Makron Ermənistanı dəstəkləmək istəyirdi. O nə əldə etdi? Heç nə”

30.09.2021 16:41 2 013
Aleksandr Proxanov: “Makron Ermənistanı dəstəkləmək istəyirdi. O nə əldə etdi? Heç nə”
ABŞ və Qərb koalisiyası Əfqanıstanı tərk etdikdən sonra bir çox ekspert Qərbin postsovet məkanında fəallığının zəifləyəcəyini proqnozlaşdırdı. Amma bu, hər-halda Cənubi Qafqazda baş vermədi. Qərb Ermənistandakı fransalı və amerikalı diplomatların köməyi ilə öz fəallığını göstərir.

Rusiyalı tanınmış yazıçısı, siyasi və ictimai xadim, İzborsk klubunun qurucularından biri və sədri Aleksandr Proxanov Oxu.Az-a müsahibəsində bildirib ki, Qərb postsovet məkanına Sovet İttifaqının tənəzzülündən və Rusiyanın bu ölkələri tərk etməsindən dərhal sonra gəlib.

“Moskva geri dönməyə çalışır, amma başa düşmək lazımdır ki, boşluq dərhal Qərb tərəfindən dolduruldu. Sonra başqa bir rəqib gəldi - Çin. İndi burada Türkiyə də var. Müasir postsovet, Asiya məkanı çox çətin rəqabət yeridir. Orada Çin, Avropa (əsasən anqlo-sakslar) və Türkiyə mübarizə aparır”, - deyə Aleksandr Proxanov qeyd edib.

- Cənubi Qafqazda Rusiya və Türkiyə kifayət qədər yaxından əməkdaşlıq edir. Söhbət Qarabağdan gedir. Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi yaradılıb.

- Rusiya ilə Türkiyə arasında əməkdaşlıq mürəkkəb və eyni zamanda praqmatikdir. Rəqabət var. Xatırlayaq ki, Türkiyə Krımı Rusiya ərazisi kimi tanımır. Amma eyni zamanda bir sıra digər məsələlərdə də əməkdaşlıq edirik. Moskvanın xoşuna gəlir ki, Ankara Rusiyadan silah sistemləri alaraq Qərblə toqquşmalara getməyə hazırdır. Turistlərimiz Türkiyəyə gedir. Rusiya bir vaxtlar Türkiyə tərəfinə çevriliş ehtimalı barədə xəbərdarlıq etmişdi. Ancaq bir Rusiya təyyarəsi də vuruldu. Yəni, bu, ziddiyyətli münasibətlərin ən çətin qarışığıdır.

Qarabağa gəlincə, orada vəziyyət sabitdir. Və bu sabitlik Türkiyənin iştirakı olmadan əldə edilməyib, çünki Ankara Azərbaycan siyasətində mühüm rol oynayır. Mövcud sabitlik yalnız Rusiya, Türkiyə və Azərbaycanın əldə etdiyi kompromisin olduğu halda mümkündür.

- Bəs Qərbin Qarabağ probleminin həll olunduğunu qəbul etmək istəməməsini nə ilə izah etmək olar?

- Onların əlləri boş qaldı. İndi Qərbdə nə istəsələr deyə bilərlər. Xatırlayaq ki, həmin Fransa prezidenti Emmanuel Makron keçən ilki müharibə zamanı Ermənistana dəstək olmaq istəyirdi. O nə əldə etdi? Heç nə. Buradakı digər xarici oyunçular Rusiya və Türkiyədir.

Hətta o erməni qüvvələri ki, Qərbə rəğbət və Rusiyaya düşmən münasibət bəsləyir, Azərbaycana münasibətlərini nəzərə almasaq belə, Qərbə, ABŞ və ya Fransadakı olan “böyük erməni diasporu”na olan ümidlərinin boşa çıxdığını başa düşdülər.

Son xəbərlər