Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Bakıdakı özəl məktəbdə dava düşdü - VİDEO

30.09.2021 14:14 4 095
Bakıdakı özəl məktəbdə dava düşdü - VİDEO
Sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən “Landau School” özəl məktəbinin həyətində mühafizəçi və valideyn arasında insident baş verib.

“Landau School” məsələ barədə Oxu.Az-a açıqlama verib.

Məktəbdən bildirilib ki, sentyabrın 29-da “Landau School”un “Bayıl” korpusunun həyətində xoşagəlməz hadisə baş verib:

“Dava valideynlərdən biri ilə məktəbin təhlükəsizlik xidmətinin əməkdaşı arasında baş verib. Təhlükəsizlik xidmətinin əməkdaşı üzərində şəxsiyyət vəsiqəsi olmadan övladını götürməyə gələn valideynə (məktəbin daxili qaydalarına uyğun olaraq, hər bir valideyn/qəyyum dərsdən sonra şagirdi götürmək üçün öz şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir) məktəbin bütün şagirdlərin təhlükəsizliyinin təmin olunmasına xidmət edən qaydalarını nəzakətli şəkildə bildirib. Müvafiq kartın olmasının və digər çıxışdan istifadənin zəruriliyi barədə xəbərdarlığa baxmayaraq, anası şagirdi turniketin altından keçirərək aparıb.

Müəyyən müddətdən sonra şagirdin atası məktəbə gələrək təhlükəsizlik xidmətinin əməkdaşını həyat yoldaşına qarşı “ədəbsiz davranış”da günahlandıraraq ona qəflətən hücum edib və xəsarət yetirib”.

“Nəticədə Vətən müharibəsi zamanı Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad olunmasında iştirak etmiş məktəb əməkdaşına tibbi yardım göstərilməsi zərurəti yaranıb. Həm hadisənin özü, həm də buna gətirib çıxaran məqamlar videomüşahidə kameraları vasitəsilə qeydə alınıb. Beləliklə, valideyn münaqişə vəziyyəti yaradıb və məktəb qaydalarını kobud şəkildə pozaraq vəziyyəti daha da ağırlaşdırıb.

Məktəb yaranmış vəziyyətdən təəssüflənir və bütün valideynlərdən şagirdlərin təhlükəsizliyinə yönəlmiş daxili qaydalara riayət etmələrini xahiş edir. Hazırda hüquq-mühafizə orqanları bu məsələ ilə bağlı araşdırma aparırlar. İctimaiyyətə əlavə məlumat təqdim olunacaq”, - deyə məlumatda qeyd edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən isə Oxu.Az-a bildirilib ki, yaranan insidentlə bağlı araşdırmalara başlanılıb:

“Yayılan videogörüntülərdən məlumatlıyıq. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Əlavə məlumat veriləcək”.

Son xəbərlər