Mojo.az Banner
20:28 Siyəzəndə narkotiklərlə bağlı 14 nəfər tutuldu  |     20:23 Azərbaycanda bu tələbələr pulsuz təhsil alacaqlar  |     20:15 Narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi  |     20:09 144,9 ha ərazi minalardan təmizlənib  |     20:01 Azərbaycana 6 kq-dan artıq narkotik vasitə keçirmək istədilər  |     19:56 Rusiyada təyyarə qəzası - 8 zabit həlak oldu  |     19:48 Azad edilmiş ərazilərdə 230 hektar istixana yaradılacaq  |     19:43 Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı  |     19:37 Ağdamda yaşayanların sayı açıqlandı  |     19:30 Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO  |     19:25 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO  |     19:16 Qanunsuz saxlanılan silah-sursat aşkarlandı  |     19:11 "Şrek" ekranlara qayıdır - Tarix açıqlandı  |     19:04 Bacısı ona 15 bıçaq zərbəsi vuran qardaşını bağışladı  |     18:54 MN-də 143 milyonluq mənimsəmə: Məhkəmə sabiq general və polkovniklərlə bağlı qərar verdi  |     18:41 Bakıda iti binadan atan şəxs həbs edildi  |     18:30 Bakıdakı böyük oyuna doğru: Çexiya klubuna ayrılan yerlərin sayı açıqlandı  |     18:21 Sabahdan kirayə mənzil üçün müraciətlər müvəqqəti dayandırılır  |     18:08 Bakıda məktəbli qətlə yetirildi, sinif yoldaşı saxlanıldı  |     17:44 Leysan, dolu və qar gözlənilir - Xəbərdarlıq  |    
Mojo.az Avto
Mojo.az Avto

"Yalnız ailəvi insanlar kinoteatrlarda yanaşı otura bilər" - Yeni qaydalar

29.09.2021 17:23 957
Oktyabrın 1-dən etibarən ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə teatr və kinoteartların fəaliyyətinə icazə verilir.

Trend-in kinoteatrların izləyiclərini hansı qaydada qəbul edəcəyi haqqında suallarını Nizami Kino Mərkəzi, "CinemaPlus" və "Park Cinema"nın mətbuat katibləri cavablandırıb.

"CinemaPlus" kinoteatrlar şəbəkəsinin mətbuat xidmətinin rəhbəri Nərmin Həsənova bildirib ki, kinoteatrlarda qiymətlərin artıb-artmayacağı müzakirələrdən sonra məlum olacaq. Ara məsafəsi mütləq tətbiq ediləcək. Yalnız ailəvi gələn adamlar bir yerdə oturacaqlar: "Vətəndaşlarımız biletləri həmişəki kimi onlayn və kassadan ala biləcəklər. Kinoteatrlarımızda maska taxmağa gəlincə isə foyedə və dəhlizdə mütləq maska taxılmalıdır. Zalda isə maska taxmaq lazım deyil.

Bildiyiniz kimi, bizim kinoteatrların əksəriyyəti iri ticarət mərkəzlərində yerləşir. Buna görə də kinoteatr əməkdaşları COVİD pasportlarını yoxlamayacaq. Çünki ticarət mərkəzlərinin əməkdaşları içəri yalnız COVİD pasportu olanları buraxırlar. Bəzi kinotetrlarımız var ki, ticarət mərkəzlərindən kənarda yerləşir. Belə halda, mütləq şəkildə COVİD pasportları yoxlanılacaq.

"ParkCinema" kinoteatrlar şəbəkəsinin mətbuat katibi Rüstəm Fətəliyev isə qeyd edib ki, vətəndaşlarımızı düşündürən suallardan biri də biletlərin qiymətinin necə olacağıdır: "Biletlərin qiymətinin necə olacağı barədə müzakirələr gedir. Qiymət barədə cədvəli bu gün, ya sabah saytımızda yerləşdirəcəyik.скачать dle 11.3
Mojo.az Banner