Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Metro: “Pik saatlarda qatarların hərəkət intervalı 2 dəqiqəyə endirilib”

24.09.2021 20:34 1 065
Metro: “Pik saatlarda qatarların hərəkət intervalı 2 dəqiqəyə endirilib”
"Sentyabrın 20-dən “Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” və “28 may” stansiyaları arasında, pik saatlarda qatarların hərəkət intervalı 2 dəqiqəyə endirilib”.

Bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

“Bakı metrosunda əsas sıxlıq ali təhsil müəssisələrində tədrisin başlaması ilə müşahidə olunacaq. Bu yay sərnişinlərin sayı əvvəlki illərə nisbətən bir az da azalıb. Sentyabr ayından isə sərnişin kütləsinin müəyyən nisbətdə artması müşahidə olunub. Gündəlik sərnişin sayı hazırda 430 minə yaxınlaşıb. Təhsil müəssisələrində tədrisin başlaması bu artıma təkan verib. Bununla bağlı metropolitendə yoxlama nəzarət monitorinqlərinin sayı dəfələrlə artıb. Gün ərzində bir neçə dəfə monitorinq təşkil olunur. Monitorinqlərin əsas məqsədi pik saatların vaxtını təyin etməkdir”, - o qeyd edib.

B.Məmmədovun sözlərinə görə, bu tədbirlər 2019-cu ilin eyni dövrü ilə müqayisələr aparılaraq tətbiq olunur: "Çünki metropolitenin normal şəkildə sərnişinlərə xidmət göstərdiyi axırıncı dövr həmin dövrdür. Biz tədris prosesinin fəal başlamasını əsas götürərək bunu tətbiq etmişik. Amma pandemiya şəraitinin davam etməsi ilə əlaqədar olaraq istər tədris müəssisələrinin, istərsə də iş müəssisələrinin iş rejimində müəyyən dəyişikliklər ola bilər. Ona görə də metropoliten buna hər zaman hazır olmalıdır. Sıxlığın azalması üçün maksimum texniki imkanlar tətbiq etmişik. Əvvəlki illərlə müqayisədə xüsusi sıxlıq müşahidə olunmur. Hətta bu ilin iyun ayı ilə müqayisədə belə sıxlıq artmayıb. Lakin bizim xüsusi nəzarət mexanizmimiz indidən başlayıb ki, biz artıq sentyabrın 29-dan sonra tədris ocaqlarının fəaliyyətinin başlamasına hazır olaq".скачать dle 11.3
Mojo.az Banner