Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

İki dəfə raket hücumuna məruz qalmış məktəbdə ilk zəng çalındı

22.09.2021 12:58 1 917
İki dəfə raket hücumuna məruz qalmış məktəbdə ilk zəng çalındı
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı erməni terrorçularının hücumlarına məruz qalan Tərtər rayonunun Vüqar Cəfərov adına Əskipara kənd tam orta məktəbin inzibati binası müharibədən sonra yenidən təmir edilərək istifadəyə verilib.

“Report”un Qarabağ bürosunun məlumatına görə, məktəbin şagirdləri və pedaqoji kollektivi “Məktəb hədəf deyil” şüarı ilə ilk dərs gününə başlayıblar.

Məktəbin direktoru Sərxan Budaqov bildirib ki, bu məktəbə ermənilərin iki ağır raket zərbəsi endirilib. Nəticədə məktəb binası dağılıb və tamamilə yararsız hala düşüb:

“Bu gün artıq o ağır, çətin günlər geridə qaldı. Torpaqlarımızı Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və dəmir biləkli igid oğullarımızın sayəsində azad etdik”.

S.Budaqov əlavə edib ki, cari tədris ilində 41 şagirdin təlim-tərbiyəsi və təhsili ilə məktəbin 24 nəfər pedaqoji kollektivi məşğul olacaq. Məktəb pandemiya şərtlərinə uyğun ləvazimatlarla təmin edilib.скачать dle 11.3
Mojo.az Banner