Mojo.az Banner
20:16 Xalq artisti əməliyyat edildi  |     20:08 Avtomobil gətirmək adı ilə 385 minlik dələduzluq etdi  |     20:02 Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə  |     19:54 Uşağın qanında psixotrop dərman aşkarlandığı iddia olundu - Direktor işdən çıxarıldı  |     19:49 Azərbaycanda daha 12 nəqliyyat vasitəsi özəlləşdirilib  |     19:42 Lombarddan 22 min manatlıq oğurluq edildi  |     19:37 "Bəzi məhsulların qiymətlərinin artması hər birimizi düşündürür" - Komitə sədri  |     19:30 Nazirlik havaların soyuması ilə əlaqədar əhaliyə müraciət etdi - VİDEO  |     19:24 Tacikistanın 8 vətəndaşı Azərbaycanda təhsil alacaq  |     19:15 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb  |     19:10 Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı  |     19:03 Kirayə mənzil üçün yeni müraciətlərin qəbulu niyə dayandırıldı? - VİDEO  |     18:47 Yumurta bişirəndə bu səhvləri etməyin  |     18:42 Rusiyada bazara BASQIN: azərbaycanlılar cərimələndi - VİDEO  |     18:33 Valideynlərin nəzərinə: Uşaq oyuncaqları ilə bağlı yeni və sərt tələblər təsdiqləndi  |     18:31 84 yaşlı kişi silahdan açılan atəş nəticəsində öldü  |     18:28 Bakıda 3 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğın: "Loft Klinika"nın direktoru məhkəmədə ifadə verdi  |     18:11 Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT İnsan Hüquqları Şurasında qəbul edildi  |     17:59 Ermənistanın müdafiə naziri: "Saxlanılan Azərbaycan əsgəri diversant deyil"  |     17:38 Sabah bu 5 kənddə qaz olmayacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Narazı qazi ilə bağlı nazirlikdən AÇIQLAMA

20.09.2021 19:41 804
Narazı qazi ilə bağlı nazirlikdən AÇIQLAMA
Cəlilabad rayonu sakini, Vətən müharibəsi iştirakçısı Ağayev Fariz Hidayət oğlunun sosial mediada yayılan şikayəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində araşdırılıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, digər qazilərimiz kimi, Fariz Ağayevin də sosial məişət şəraiti daim diqqətdə olub. Ailə təsərrüfatının qurulması üçün hələ bu ilin aprel ayında o, özünüməşğulluq proqramına cəlb edilib. Və bunun üçün avqustun 9-da ona iribuynuzlu heyvandarlıq sahəsi üzrə aktivlər (3 inək və 400 kq yem) təqdim edilib.

Fariz Agayevin əlilliyinin qiymətləndirilməsi isə ilk növbədə aidiyyəti qurumlar tərəfindən onunla bağlı müvafiq sənədlər (şəhadətnamə və göndəriş) təqdim edildiyi halda həyata keçiriləcək.

Bununla belə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyin həkim-ekspertləri Farizi evində əyani müayinə edərək nəticəsinə əsasən əlilliyinin qiymətləndirilməsi üçün sənədləşmə prosesində müvafiq dəstəyin göstəriləcəyi bildirilib.

Farizə ailəsinin ünvanlı sosial yardım almaq hüququna baxılması üçün hazırda ailənin mülkiyyətində olan torpaq sahəsinin qanunvericiliyin tələbinə əsasən rəsmiləşdirilməsi də tövsiyə olunub.скачать dle 11.3
Mojo.az Banner