Mojo.az Banner
19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |     18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |     16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda vəzifəli şəxsə cinayət işi açıldı

16.09.2021 12:36 1 941
Bakıda vəzifəli şəxsə cinayət işi açıldı
Xidməti vəzifələrinin icrası ilə əlaqədar korrupsiya hüquqpozmalarına yol verən vəzifəli şəxslərin aşkar olunaraq cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində prokurorluq orqanlarının həyata keçirdiyi məqsədyönlü və ardıcıl tədbirləri davam etdirilir.

Baş Prokurorluqdan verilən məlumata görə, Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 14 saylı mənzil istismar sahəsinin rəisi vəzifəsində işləyən Elçin Dinayev və digərlərinin qanunsuz əməlləri barədə daxil olan vətəndaş müraciəti əsasında həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4 (mənimsəmə və ya israf etmə təkrar, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Aparılan istintaq-əməliyyat tədbirləri ilə Elçin Dinayevin 2018-2021-ci illər ərzində rəhbərlik etdiyi qurumda müxtəlif əməkdaşların işə gəlmədikləri halda sonuncuların maaş kartlarındakı məbləğləri Nəsimi rayonu ərazisində yerləşən müxtəlif bankomatlardan məxaric edərək nağdlaşdırılması yolu ilə ona etibar edilib ümumilikdə 23 min 449 manat pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaq zamanı sözügedən qurumda müvafiq olaraq mühəndis və mühasib vəzifələrində çalışmış Naidə Əhmədova və Firəngiz Zeynalovanın 2019-cu ilin fevral-mart aylarından etibarən Elçin Dinayevin razılığı ilə faktiki olaraq işə gəlməyən 2 nəfər işçinin adına olan əmək haqqı kartlarını Bakı şəhəri ərazisində yerləşən müxtəlif bankomatlardan məxaric edərək nağdlaşdırılması yolu ilə cəmi 10 min 873 manat məbləğində pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən digər halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner