Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:56 Avtobusun iki gün əvvəl vurduğu piyada xəstəxanada öldü | 19:50 Müəllimlərin orta aylıq əməkhaqqı 1030 manat təşkil edir | 19:43 89 yaşlı şəxs ehtiyatsızlıqdan sirkə içərək öldü | 19:37 Baş prokuror Binəqədidə vətəndaşları qəbul edəcək | 19:30 "Nvidia"nın keçmiş baş direktoru ABŞ Senatında dindiriləcək | 19:24 Bakıda narkotikin təsirində avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO | 19:15 "Qurtuluş-93"də binanın zirzəmisində aparılan tikinti işləri narazılığa səbəb oldu - VİDEO | 19:10 Ağsuda maşın 69 yaşlı piyadanı vurub öldürdü | 19:03 Nazirin üstünə qışqıran hərbçiyə medal verildi | 18:59 Biləsuvarda ağır qəza: Motosikletçi həyatını itirdi | 18:47 Bıçaqlanan hamilə qadının vəziyyəti açıqlandı | 18:38 "Qarabağ"ın legioneri Qurban Qurbanov barədə: "Onun kimi mütəxəssislər azdır" | 18:28 İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı | 18:22 Azərbaycanda bir sıra məhsulların idxalına yeni gömrük rüsumları tətbiq ediləcək | 18:15 Külli miqdarda vergi ödəməkdən yayınmaqda şübhəli bilinən şəxs saxlanıldı | 17:59 Rusiyada keçmiş sevgilisini öldürən azərbaycanlı gəncin saxlanılma kadrları - Video | 17:48 Məktəblərdə 9 günlük payız tətili başlayır: Dərslər nə vaxt başlayacaq? | 17:31 Azad edilmiş ərazilərdə milyardlıq layihələrdə maliyyə yoxlaması aparılır | 17:29 Külək güclənəcək - XƏBƏRDARLIQ | 17:22 Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ilə bağlı ibtidai istintaq yekunlaşdı |
Mojo.az Avto
Mojo.az Avto

ABŞ-da peyvənd olunmayanlar işdən çıxarılmaqla hədələnirlər

16.09.2021 12:18 1 659
ABŞ-da peyvənd olunmayanlar işdən çıxarılmaqla hədələnirlər
ABŞ-da getdikcə daha çox şirkətlərdə işçilər vaksinasiyaya məcbur edilir və imtina halında işdən çıxarılacaqları ilə hədələnirlər. Texnologiya və maliyyə kimi müştərilərlə birbaşa təmasın olmadığı sahələrdə belə işçilərdən COVID-19-a qarşı məcburi peyvəndlər tələb olunur.

Məsələn, “Delta Airlines” peyvənd olunmamış işçilərini ayda 200 dollar cərimə etmək planlarını açıqlayıb. Ən böyük investisiya bankı “Goldman Sachs” isə peyvəndsiz işçilərin və müştərilərin ofisə buraxılmayacağını elan edib.

Qeyd edək ki, ötən həftə prezident Co Bayden “delta” ştammının yayılması səbəbiylə ABŞ-da yoluxmaların yüksək olaraq qaldığını xatırladaraq hökumətin səbrinin “tükəndiyi” barədə xəbərdar edib və vaksinasiya nisbətlərinin artırılması planları barədə danışıb. Ağ Ev rəhbəri həmçinin 100-dən çox işçisi olan şirkətləri məcburi peyvənd tələblərini tətbiq etməyə çağırıb.

Yeri gəlmişkən, onu da bildirək ki, sentyabrın əvvəlində ABŞ-da 7,5 milyon insanın iştirak etdiyi “COVID işsizlik müavinəti proqramı”na son verilib. Ödənişləri əsasən işsiz amerikalılar və maaşlarının bir hissəsini itirənlər alırdı.

Mənbə: CNBC

Son xəbərlər