Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:09 Motosikletlə məktəblini vurub qaçdı - VİDEO | 20:01 Ukraynanın eks-baş nazirinin müşavirinin maşını partladıldı - Moskvada | 19:56 Avtobusun iki gün əvvəl vurduğu piyada xəstəxanada öldü | 19:50 Müəllimlərin orta aylıq əməkhaqqı 1030 manat təşkil edir | 19:43 89 yaşlı şəxs ehtiyatsızlıqdan sirkə içərək öldü | 19:37 Baş prokuror Binəqədidə vətəndaşları qəbul edəcək | 19:30 "Nvidia"nın keçmiş baş direktoru ABŞ Senatında dindiriləcək | 19:24 Bakıda narkotikin təsirində avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO | 19:15 "Qurtuluş-93"də binanın zirzəmisində aparılan tikinti işləri narazılığa səbəb oldu - VİDEO | 19:10 Ağsuda maşın 69 yaşlı piyadanı vurub öldürdü | 19:03 Nazirin üstünə qışqıran hərbçiyə medal verildi | 18:59 Biləsuvarda ağır qəza: Motosikletçi həyatını itirdi | 18:47 Bıçaqlanan hamilə qadının vəziyyəti açıqlandı | 18:38 "Qarabağ"ın legioneri Qurban Qurbanov barədə: "Onun kimi mütəxəssislər azdır" | 18:28 İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı | 18:22 Azərbaycanda bir sıra məhsulların idxalına yeni gömrük rüsumları tətbiq ediləcək | 18:15 Külli miqdarda vergi ödəməkdən yayınmaqda şübhəli bilinən şəxs saxlanıldı | 17:59 Rusiyada keçmiş sevgilisini öldürən azərbaycanlı gəncin saxlanılma kadrları - Video | 17:48 Məktəblərdə 9 günlük payız tətili başlayır: Dərslər nə vaxt başlayacaq? | 17:31 Azad edilmiş ərazilərdə milyardlıq layihələrdə maliyyə yoxlaması aparılır |
Mojo.az Avto
Mojo.az Avto

“Delta” ştammı bütün dünyaya qadağaları qaytarır

22.07.2021 13:28 1 164
“Delta” ştammı bütün dünyaya qadağaları qaytarır
Koronavirusun “Delta” ştammının sürətlə yayılması dövlətlərin virusa qarşı məhdudiyyətlərə yenidən qayıtması ilə nəticələnir.

Qvineya millisi koronavirus səbəbindən Olimpiya Oyunlarında iştirakdan imtina edib. Ölkə hökuməti idmançıların sağlamlığının onlar üçün medaldan daha vacib olduğunu açıqlayıb.

Vesti.ru xəbər verir ki, eyni zamanda, Fransa koronavirusun “Delta”nın yayılması səbəbindən yeni məhdudiyyətlər tətbiq edib.

Artıq peyvənd sənədi və ya mənfi PCR testi olmadan restorana, kinoteatra, muzeyə və hətta stadiona girmək qadağandır.

Son bir həftə ərzində xəstələrin sayı 150 faiz artıb. Bir neçə min Fransa vətəndaşı ötən gün maskasız və sosial məsafəni gözləmədən sanitar pasportlara qarşı çıxdı.

ABŞ-da yoluxmanın artması fonunda hər şəhər öz qaydalarını tətbiq edir. Məsələn, Yeni Orleanda qapalı məkanlarda maska taxmaq məcburiyyəti yenidən tətbiq edilir.

Almaniyada daşqından təsirlənmiş rayonlarda belə vaksinasiya mümkündür. Bu məqsədlə əraziyə xüsusi olaraq avtobuslar göndərilib.

Böyük Britaniya əsas məhdudiyyətlərdən imtina etsə də, qadağaların bir çoxu hələ də qalmaqdadır. Məsələn, işçilərin 20 faizi özünütəcridə riayət etməlidir. Bu səbəbdən mağazaların rəfləri boşalıb. Hər şeydən əvvəl alkoqollu içkilər və çörək alınıb. Yanacaq da daxil olmaqla təchizatla bağlı problemlər yaranıb. Bu səbəbdən onlarla yanacaqdoldurma məntəqəsi bağlanıb. Yerli mətbuatın bildirdiyinə görə, Britaniya hökuməti bu problemi yaxın 48 saat ərzində həll edə bilməsə, krallıq əsl kollapsla qarşılaşacaq.

Son xəbərlər