Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib | 20:58 Keti Perrinin keçmiş əri həbs edildi | 20:47 "Omid" əməkdaşının döyülmə anları - VİDEO | 20:33 Bakıda sürücülərə XƏBƏRDARLIQ - Bu yoldan keçmək təhlükəlidir (VİDEO) | 20:27 Əlövsət Polad vəfat etdi | 20:18 Ət niyə bahalaşır? (Açıqlama) | 20:11 Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları İlham Əliyevə müraciət ünvanlayıblar | 20:08 Göygöldə 37 yaşlı şəxs bıçaqlandı | 20:00 Əhaliyə ŞAD XƏBƏR: Bu ərazilərdə dəmiryolu xətləri bərpa olunur | 19:57 Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb | 19:56 Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin vətəndaşlara müraciəti | 19:50 Azərbaycanda əvvəlcədən qəbir yeri alanları CƏRİMƏ GÖZLƏYİR - MƏBLƏĞ | 19:43 Yəməndə bazara zərbə endirildi, onlarla ölü və yaralı var | 19:34 Bakıda məşhur masaj salonlarının sahibinə hədə-qorxu gəldi, həbs edildi | 19:27 Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü | 19:02 21 istiqamətdə tıxac var - SİYAHI |
Mojo.az Avto
Mojo.az Avto

“Aİ-92” markalı benzinlə bağlı pis xəbər

15.09.2021 23:38 1 824
“Aİ-92” markalı benzinlə bağlı pis xəbər
""Aİ-95" və "Aİ-98" markalı benzinin qiymətinin qalxmasının digər qiymətlərə təsiri demək olar ki, "yox" səviyyəsində olacaq. Çünki bu benzindən yalnız ən bahalı, mühərrikləri çox həssas olan xarici markalı avtomobillər istifadə edir. Həmin avtomobillər də yük daşımır".

Bunu iqtisadçı, sabiq maliyyə naziri Fikrət Yusifov deyib.

Onun sözlərinə görə, taksi xidməti göstrən avtomobillər də "Aİ-95" və "Aİ-98" markalı benzindən istifadə etmirlər:

"Bu avtomobillər adətən, "Aİ-92" benzinindən və dizel yanacaqdan istifadə etdikləri üçün "Aİ-95" və "Aİ-98" markalı benzinlərin qiymətinin qalxması taksilərin qiyməti bahalaşdırmasına səbəb ola bilməz".

Median.Az bildirir ki, iqtisadçı bakupost.az-a açıqlamasında qeyd edib ki, benzinin bahalaşması digər məhsulların qiymətlərinin yüksəlməsinə birbaşa təsiri olmasa da, adətən, "Aİ-95" və "Aİ-98" markalı benzinin qiymət artımından sonra "Aİ-92" markalı benzinin qiymətinin yüksəlməsi məsələsi gündəmə gəlir:

"Çünki bunlar eyni növ məhsuldurlar. Dünya bazarındakı dəyişikliklər də Azərbaycan bazarına təsirsiz ötüşmür. Əgər "Aİ-92" markalı benzinin qiyməti yüksələrsə, bizim mal idxal etdiyimiz ölkələrdə yanacağın qiyməti artarsa, onda həmin qiymətlərin digər qiymətlərə təsirindən danışa bilərik".

Son xəbərlər