Mojo.az Banner
16:24 Korrupsiyanı xəbər verən şəxs həlak olarsa, ailəsi 20 min manat alacaq  |     16:13 Bu şəxslərə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək  |     14:07 Bakıya dayanmadan yağış yağacaq  |     14:02 Naftalanda hoteldən əcnəbinin meyiti tapıldı  |     13:50 Şəkidəki hadisə Ermənistanda generalın istefasına səbəb oldu: Növbə MN-dədir  |     13:43 Ağsuda 40 yaşlı kişi qayınanasını döydü  |     13:24 Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı  |     13:24 Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi məlum olub  |     13:23 Qubada 60 yaşlı kişi faciəli şəkildə öldü  |     13:22 Astarada maşın dərəyə aşdı: Ölən var  |     13:14 Borclunun yeganə evi satıla bilərmi? – Hüquqşünasdan AÇIQLAMA  |     13:00 14 yaşlı qızın videolarını yayan şəxs həbs edildi  |     12:52 "70 cür yemək yeyirlər, sonra zəhərlənirlər" – Mütəxəssis  |     12:45 Pendir istehsal edən sexin vəziyyəti təəccübləndirdi - Video  |     12:43 Rəsmi Bakıdan şəhidimizin adını daşıyan gəmiyə dron hücumu məsələsinə reaksiya  |     12:39 Əli Əsədovdan cərimə duracaqları və qarajlarla bağlı mühüm qərar  |     12:37 Sahibkarlara maliyyə yardımı ilə bağlı yeni qərar  |     12:33 Azərbaycan nefti bahalaşıb  |     12:22 UEFA Millətlər Liqasında günün oyunları: Xorvatiya İspaniyaya qarşı  |     12:21 Zəngilanda dəhşət: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü  |    
Mojo.az Avto
Mojo.az Avto

"BakuBus"lardan kobud qayda pozuntusu - Tədbir görüləcəkmi? - VİDEO

15.09.2021 16:13 1 992
Bakıda sərnişinlərin və digər hərəkət iştrakçılarının həyatını heçə sayan iki avtobus sürücüsü qaydaları kobud şəkildə pozublar.

Median.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, onların kobud qayda pozuntusu ''təhlükəsiz şəhər'' kameralarına paytaxtın Yusif Səfərov küçəsində düşüb.

''Baku Bus'' MMC-yə məxsus avtobuslar yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq qəza şəraiti yaradıb. İki avtobus sürücüsü düz xətti tapdalayaraq hərəkətdə olan digər avtomobillər üçün təhlükə yaradıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Araz Əsgərli deyir ki, hər iki sürücü kobud qayda pozub. Onlarla bağlı idarədə araşdırma aparılır. Aşkar edilən kimi hər iki sürücü inzibati qaydada 40 manat məbləğində cərimə olunacaqlar.

Hər gün yüzlərlə sərnişin daşıyan, intizamsız sürücülərlə bağlı Bakı Nəliyyat Agentliyində hər hansı bir tədbir görülür?

Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyir ki, yol hərəkəti qaydalarının bu formada pozulması qəbuledilməzdir.

''Bütün bunlar həm də ümumilikdə sürücülərin peşəkarlığı ilə bağlı məsələdir. Bakı Nəliyyat Agentliyi öz səlahiyyətləri çərçivəsində avtobus sürücülərini peşə təlimlərinə cəlb edir. Amma ümumilikdə sürücülərin peşəkarlığının artırılması istiqamətində müvafiq qurumların da nəzarəti gücləndirilməlidir'',-deyə Mais Ağayev qeyd edib.скачать dle 11.3
Mojo.az Banner