Mojo.az Banner
11:04 Ağstafada 21 yaşlı oğlan bıçaqlandı - Hərbi qulluqçu saxlanıldı  |     23:02 Bu 4 bürc üçün şanslı dövr başlayır  |     22:57 "Qarabağ" bu dəfə DÇ-2026-nın iştirakçısını transfer edir  |     22:50 Rusiya bombaladı, 13 yaşlı idmançı öldü  |     22:44 Quşların azmadan minlərlə kilometr uçmasının sirri  |     22:39 Süni intellekt 55 yaşdan yuxarı işçilərin işdən çıxarılma ehtimalını artırır  |     22:32 Alimlər suyun beyin və psixologiyaya təsirini araşdırırlar  |     22:27 Reklam olunan bu məhsullarda təhlükəli maddə tapılıb  |     22:18 DİM-dən beynəlxalq dil sertifikatları haqda iddialarla bağlı AÇIQLAMA  |     22:13 Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib  |     22:07 "Neftçi" son yoxlama oyununda "Osiyek"ə uduzdu  |     22:02 Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır - TƏFƏRRÜAT  |     21:54 Makron Fransa ordusunu müharibələrə hazırlaşmağa çağırdı  |     21:49 DÇ-2026-dan kənarlaşdırılan niderlandlı hakim 38 yaşında öldü  |     21:41 İran region ölkələrini təhdid etdi  |     21:36 Biznesmenin dörd milyonunu ələ keçirən şəxslərin cəzası bəlli oldu  |     21:28 Ən etibarlı avtopilot sistemləri olan avtomobillər açıqlandı  |     21:22 Qohumunun evindən 19 min 590 manatlıq qızıl oğurladı  |     21:14 Sabah deputatlar tətilə çıxacaq  |     21:09 Çin Ayda naqilsiz enerji ötürməyi təklif edir - Yeni texnologiya  |    
Left Banner
Right Banner

Konfrans Liqasında qrup mərhələsi başlayıb, Ermənistan klubu darmadağın olub

14.09.2021 23:25 1 224
Konfrans Liqasında qrup mərhələsi başlayıb, Ermənistan klubu darmadağın olub
UEFA Konfrans Liqasında qrup mərhələsinin matçlarına start verilib.

İlk oyun günündə 2 qarşılaşma baş tutub. Hər iki görüş İsraildə keçirilib.

A qrupunda Təl-Əviv "Makkabi"si Ermənistanın "Alaşkert" klubunu darmadağın edib - 4:1. Meydan sahiblərinin heyətində 13-cü dəqiqədə Stipe Peritsa, 32-ci dəqiqədə Qabi Kanixovski, 45+3-cü dəqiqədə Dani Biton və 72-ci dəqiqədə Matan Hozez fərqləniblər. Qonaqların yeganə qolunu isə 17-ci dəqiqədə Joze Embalo vurub.

Turnirin pley-off mərhələsində "Neftçi"ni mübarizədən kənarlaşdıran Hayfa "Makkabi"si isə Niderlandın "Feyenoord" komandası ilə qolsuz heç-heçə edib.

Qeyd edək ki, Konfrans Liqasında I turun digər oyunları sentyabrın 16-da keçiriləcək. H qrupunda mübarizə aparan "Qarabağ" ilk görüşündə İsveçrə "Bazel"i ilə üz-üzə gələcək. Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:45-də start götürəcək.
скачать dle 11.3
Mojo.az Banner