Mojo.az Banner
12:49 Klublarımız pley-offa adladılar: Azərbaycanın UEFA reytinqində yeri dəyişdimi?  |     11:39 Vətəndaşların birpəncərəli Abşeron xəstəxanasında SINAĞI - Video  |     11:33 Azərbaycan nefti ucuzlaşıb  |     11:32 Gəncədə "Changan" piyadanı vurub öldürdü  |     11:32 Zaqatalada avtomobil aşıb: Xəsarət alanlar var  |     11:14 Bir gündə 11 diş implantı qoyuldu, həyatını itirdi: Cənubi Koreyada 75 yaşlı qadının FACİƏSİ  |     11:13 Ermənistanda keçmiş deputat həbs edildi  |     11:12 "Barselona"nın hücumçusu PSJ-yə keçəcək  |     10:50 Bəzi yerlərdə leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA  |     23:01 Çəki gedir, bəs sağlamlıq? – Mədəkiçiltmə əməliyyatının təhlükəli tərəfləri  |     22:54 Nazir onu direktor TƏYİN ETDİ  |     22:48 Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA  |     22:34 Biləsuvarda mübahisə ölümlə nəticələndi: 16 yaşlı oğlan saxlanıldı  |     22:26 Səudiyyə Ərəbistanında neftayırma zavoduna PUA HÜCUMU  |     22:16 Qəzzanın polis rəisi İsrailin zərbəsi nəticəsində ölüb  |     22:03 Liftdən istifadə ömrümüzü qısaldır  |     21:58 Doktorantlara hansı hallarda hərbi möhlət verilir? - Rəsmi cavab  |     21:50 “Həzi Aslanov” nə vaxt açılacaq?  |     21:42 Məktəbli formalarının qiymətləri açıqlandı – RƏSMİ  |     21:37 Arıqlama dərmanları təhlükəlidir ? - Bu problemlə üzləşə bilərsiniz  |    
Left Banner
Right Banner

İƏT Ombudsmanlar Assosiasiyası azad edilmiş ərazilərdə faktaraşdırıcı missiya aparacaq

14.09.2021 21:40 2 037
İƏT Ombudsmanlar Assosiasiyası azad edilmiş ərazilərdə faktaraşdırıcı missiya aparacaq
Azərbaycan Ombudsmanının dəvəti əsasında İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının Prezidenti Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərimizdə faktaraşdırıcı missiya aparılması məqsədilə ölkəmizə səfərə gəlib.

Bu barədə "Report"a Ombudsman Aparatından bildirilib.

Ombudsman xanım Səbinə Əliyeva qonaqları qarşılayaraq, səfərin önəmi barədə söz açıb və nümayəndə heyətinə öz təşəkkürünü bildirib.

Sentyabrın 14-19-nu əhatə edəcək səfər çərçivəsində bir sıra rəsmi görüşlər nəzərdə tutulub. Səfərin təfərrüatları ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.скачать dle 11.3
Mojo.az Banner