Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Xəzəryanı ölkələr dəniz turizminin inkişaf konsepsiyasını hazırlayırlar

10.09.2021 19:18 888
Xəzəryanı ölkələr dəniz turizminin inkişaf konsepsiyasını hazırlayırlar
Xəzəryanı ölkələr turizmin ekoloji, çimərlik, ziyarət və transsərhəd istiqamətlərini inkişaf etdirmək niyyətindədir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Həştərxanda keçirilən VI Xəzər Media Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, V Xəzər Zirvə görüşünün kommünikesi çərçivəsində Xəzəryanı ölkələrin müvafiq orqanlarına turizm mövzusunda beştərəfli müzakirələr aparmaq tapşırılmışdı. Bu müzakirələr 2019-cu il avqustun 27-də Aktauda baş tutdu. Həmin vaxt Xəzərdə turizmin prioritet istiqamətlərinin inkişaf etdirilməsi, həmçinin bu sahədə gələcək yanaşmalar mövzusunda fikir mübadiləsi aparılmışdı.

"Bu mərhələdə başlıca vəzifə hüquqi əsasları dəqiq müəyyənləşdirmək, rahat viza mexanizmlərini işləyib hazırlamaq və kruiz turizminin marşrutlarını razılaşdırmaqla Xəzəryanı ölkələrin turizm sahəsində əməkdaşlığının strukturunu yaratmaqdan ibarətdir", - Zaxarova qeyd edib.

O Azərbaycan və Rusiya gəmiçilik idarələri arasında Xəzər dənizində əməkdaşlıq haqqında memorandumun imzalandığını xatırladıb:

“Böyük Pyotr” teploxodundan birgə istifadənin, Qara dəniz-Rusiyanın daxili suları-Xəzər dənizi marşrutu üzrə turizm üçün gəmilərin tikintisinin nəzərdə tutulduğu bu təşəbbüsə digər Xəzəryanı ölkələr də dəvət olunublar. Xəzəryanı ölkələrlə turizm sahəsində sazişin layihəsi hazırda işlənmə mərhələsindədir. Bundan başqa, Həştərxan-Bakı-Ənzəli-Türkmənbaşı-Aktau marşrutu üzrə Xəzər hövzəsində turizmin inkişaf etdirilməsi məsələsi işlənib hazırlanır. Bu tapşırığın icrası üçün dövlət-özəl sektor əməkdaşlığı mexanizminin həyata keçirilməsi nəzərdə tutulub”.скачать dle 11.3
Mojo.az Banner