Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Stefan Foks: "Azərbaycanda istedadlı idmançılar çoxdur"

08.09.2021 19:41 1 812
Stefan Foks:
"MDB Oyunları ilk dəfədir keçirilir. Bu, gözəl təşəbbüs və muay tay üçün əla fürsətdir. Oyunlarda inanılmaz rəqabət var. Bu cür yarışların keçirilməsi muay tayın populyarlaşması baxımından da önəmlidir".

"Report"un Rusiyanın Kazan şəhərinə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Beynəlxalq Muay tay Federasiyasının prezidenti Stefan Foks I MDB Oyunları ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Azərbaycan tay boksçularının yarışdakı çıxışını dəyərləndirən funksioner ölkəmizdə istedadlı idmançıların çox olduğunu bildirib: "Bu, yeni nəsildir. Azərbaycan son 3-4 ildə bu idman növü üzrə xeyli inkişaf edib. Burada hər zaman güclü idmançılar olub".

Muay tayın olimpiya proqramında olmadığını xatırladan Foks Beynəlxalq Olimpiya Komitəsi (IOC) ilə müzakirələrin davam etdiyini vurğulayıb: "Amma qarşıda xeyli sayda beynəlxalq yarış var. Gələn il ABŞ-da, 2023-cü ildə Tailandda turnirlərimiz olacaq".

O, tezliklə Azərbaycana gələcəyini əlavə edib: "Dəfələrlə söz versəm də, alınmayıb. Yaxın vaxtlarda Azərbaycana gəlib, Milli Olimpiya Komitəsini və yerli federasiyanı ziyarət edəcəyəm".

Son xəbərlər