Mojo.az Banner
19:37 Azərbaycana bu iki ölkədən daha çox turist gəlir  |     19:30 Yuxulu maşın sürmək faciəyə doğru hərəkət etməkdir - VİDEO  |     19:25 4 il məzuniyyət götürmədən işlədiyi hoteldən təzminat almadan işdən çıxarıldı - VİDEO  |     19:16 Təhsil alanların hərbi möhləti bu halda ləğv ediləcək  |     19:11 Azərbaycanda tələbə buna görə 500 manat cərimə olundu  |     19:04 Rusiyadan Azərbaycana pul köçürmək istəyənlərin nəzərinə  |     18:58 Onlar 2033-cü ilə qədər bu rüsumlardan azaddır  |     18:53 Əsgərlikdən saxlatmaq üçün 24 min manat aldı  |     18:45 Bu yumurtalarda təhlükəli bakteriya aşkarlandı  |     18:40 Trampın İranla danışıqların bərpası üçün şərti açıqlandı  |     18:34 Səhərlər zəngli saata ehtiyac qalmayacaq: Bədəni buna öyrədin  |     18:32 Almaniyada məktəbə hücum: Ölənlər var  |     18:13 Bərdədə avtomobil yaşayış evinə çırpıldı: Xəsarət alanlar var  |     18:03 Paytaxtda 18 istiqamətdə sıxlıq müşahidə olunur - FOTO  |     17:55 44 yaşlı Dima Bilan baba oldu  |     17:46 Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? - VİDEO  |     17:42 Milli Kibertəhlükəsizlik Agentliyində yeni - Təyinatlar  |     17:36 Qətər və İran arasında Hörmüz boğazı ilə bağlı müzakirələr  |     17:17 Bakıda 42 yaşlı qadın həyətdə qəfil öldü  |     17:16 İcazəsiz Qarabağa keçmək istədi, həbs edildi  |    
Left Banner
Right Banner

Prezident: “İdman sahəsində buraxılan nöqsanlar ciddi araşdırılmalıdır”

07.09.2021 15:21 1 968
Prezident: “İdman sahəsində buraxılan nöqsanlar ciddi araşdırılmalıdır”
İdman sahəsində buraxılan nöqsanlar da ciddi araşdırılmalıdır, ciddi təhlil aparılmalıdır.

Bu sözləri Prezident İlham Əliyev bu gün Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib.

O bildirib ki, xüsusilə Olimpiya Oyunlarına hazırlıq dövründə bəzi federasiyalarda işlər qeyri-qənaətbəxş olmuşdur və bütün federasiyalarda mövcud olan vəziyyət ciddi təhlil edilməlidir:

“Deməli, məşq prosesinə, təlim-məşq toplanışlarına xüsusi diqqət verilməlidir. Onu da nəzərə almalıyıq ki, son Olimpiya Oyunlarında medallar qazanmış idmançılarımız bizim təcrübəli idmançılardır. Demək olar ki, veteran idmançılardır. Onların arasında gənc nəslin nümayəndələri yoxdur və bu, çox ciddi təhlil edilməlidir. Necə ola bilər ki, nəsillər arasında artıq belə bir ara, elə bil ki, məsafə yaranır. Son illərdə bütün bölgələrdə idman obyektlərinin tikintisi geniş vüsət almışdır, təkcə bölgələrdə 50-yə yaxın idman-olimpiya kompleksimiz fəaliyyət göstərir. Onların fəaliyyəti ciddi təftiş edilməlidir, orada məşq prosesi nə səviyyədədir, uşaqlar, yeniyetmələr idman bölmələrinə gəlirmi, gəlmirmi, idmanla məşğul olmaq üçün şərait nə dərəcədədir? Çünki biz bu infrastrukturu, bu kompleksləri o məqsədlə yaratmışıq ki, həm idmanın kütləviliyi artsın, eyni zamanda, peşəkar idmançılar yetişsin. Nəzərə alsaq ki, Tokio Olimpiya Oyunlarında gənc idmançılar medallar qazana bilmədilər, bu, çox ciddi təftiş edilməlidir. Klublardakı vəziyyətlə bağlı təhlil aparılmalıdır. Yəni, biz nəticə çıxarmalıyıq. Biz, əlbəttə, qələbələrlə fəxr edə bilərik. Ancaq çatışmazlıqlar da var və onlar aradan qaldırılmalıdır. Bu sahədə şəffaflıq tam təmin edilməlidir və bütün xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılmalıdır”.скачать dle 11.3
Mojo.az Banner