Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Narkotacirlərdən inanılmaz addım: Narkotiklərin üzərinə qəhvə səpərək gömrükdən keçirmək istəyiblər - VİDEO

04.09.2021 14:08 3 675
Narkotacirlərdən inanılmaz addım: Narkotiklərin üzərinə qəhvə səpərək gömrükdən keçirmək istəyiblər - VİDEO
“Ölkəyə qanunsuz yolla narkotik vasitələri gətirən şəxslər gömrükdə təlim keçmiş itləri iydən yayındırmaq üçün bağlamaların üzərinə istiot, qəhvə və s. ədviyyatlar səpirlər”.

Bunu “ARB 24” telekanalına açıqlamasında Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin rəisi İlkin Osmanov deyib. O bildirib ki, bəzən təlim keçmiş itlər narkotik qoxusunu dəqiqləşdirməkdə çətinlik çəkə bilir:

“Yük maşınında kartof çox, narkotik isə az olduğu üçün təlim keçmiş itimiz qoxunu dəqiqləşdirməkdə çətinlik çəkirdi deyə reaksiya verib-verməməyi düşünürdü. Bundan isə bizim kinoloq şübhələnib orada axtarış aparmışdı. Təlimçi kinoloqlarımız da düzgün axtarış taktikası seçməlidir ki, onun nəticəsini ala bilsin. Bəzən elə olur ki, axtarış iti nəqliyyat vasitəsinin dörd bir yanını axtarır, mənbəni dəqiqləşdirmək istəyir, amma kinoloq ona şərait yaratmır. Bu halda maşının “baqaj”ını, qapılarını açmaq lazımdır ki, it mənbəni tapa bilsin”.

İ.Osmanov onu da qeyd edib ki, narkotik maşının şüşəsiləninin altında gizlədilsə də, təlim keçmiş itin avtomobilin salonuna reaksiya verməsi faktları da olub:

“Minik maşınında narkotik vasitə mövcud idi və it avtomobilin salonuna reaksiya verdi. Lakin sonra məlum oldu ki, narkotik maddə motor hissədə, şüşəsilənlərin altına yerləşdirilib. Onun üzərinə qəhvə töküblər ki, iti oradan yayındırsınlar. Lakin mühərrikin istiliyi narkotikin qoxusunu salona ötürdüyü üçün it reaksiya vermişdi”.скачать dle 11.3
Mojo.az Banner