Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

"3 həftə belə davam etsə, xəstəxanalarda yer olmacaq - Vüqar Cavadzadə - VİDEO

02.09.2021 23:50 981
Əgər yoluxma sayındakı bugünkü rəqəmlər üç həftə də davam etsə, yaxın həftələrdə xəstəxanalarda yer problemi ilə rastlaşa bilərik. Hazırda xəstəxanalarda xəstə sayı çoxdur və demək olar ki, palatalar dolmuş vəziyyətdədirlər. Modul tipli xəstəxanalar açıldıqdan 3-4 gün sonra tamamilə dolurlar.

Bunu ARB-24-ün "Gündəm" verilişinə açıqlamasında həkim Vüqar Cavadzadə deyib.

O bildirib ki, ölkədə koronavirusun delta ştammı geniş yayılır:

"Bugünkü rəqəmlərdə gündəlik 4 000 yoluxma və 40 nəfərdən artıq şəxsin vəfat etdiyini görürük. Bu, çox ciddi göstəricidir. Təsəvvür edin ki, son 10 gün ərzində 500-ə yaxın şəxs dünyasını dəyişib. Bu, bizdə olan rəsmi rəqəmdir. Lakin nəzərə alaq ki, bir evdə beş koronaviruslu şəxsdən biri test verir. Bugünkü ölüm sayı da real göstəricidən təxminən iki dəfə azdır.
Eyni zamanda yoluxma göstəricisi də 7-8 min civarında olar. Vəziyyət çox ciddidir, evlərdə kifayət qədər ağır xəstələr var. Delta qısa müddətdə ağırlaşma verir və temperaturu salmaq olmur. Xüsusən də yanaşı xəstəliyi olan şəxslər daha tez ağırlaşır və oksigenə tələbatı daha tez başlayır. Aparılan müalicələr isə, demək olar ki, effekt vermir.
Onu da qeyd edim ki, delta ştammı gənclər və kiçik yaşlı uşaqlar arasında özünü çox kəskin əlamətlərlə göstərir. Hətta 3-4 yaşlı uşaqlarda 39-40 dərəcə temperatur müşahidə olunur. Sevindirici hal odur ki, 10 yaşlı uşaqlarda ölüm faizi, demək olar ki, 0 səviyyəsindədir. Həmçinin yaşlı şəxslərlə müqayisədə uşaqlarda deltanın gedişatı müalicəyə daha tez tabe olur".скачать dle 11.3
Mojo.az Banner