Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı | 20:02 Hərraclarda indiyədək satılan ən bahalı avtomobillər – Milyonluq rekordlar | 19:57 78 ildən sonra bayrağı dəyişdilər |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın U-21 millisi seçmə mərhələyə məğlubiyyətlə başlayıb

02.09.2021 23:13 1 425
Azərbaycanın U-21 millisi seçmə mərhələyə məğlubiyyətlə başlayıb
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, Milan Obradoviçin başçılıq etdiyi kollektiv A qrupundakı ilk oyununda Xorvatiya yığmasının qonağı olub. "Velika Qoritsa" stadionunda keçirilən və ukraynalı FIFA referisi Denis Şurmanın idarə etdiyi qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xorvatiyalıların heyətində qolları 10-cu dəqiqədə Luka Suçiç, 24-cü dəqiqədə isə Roko Şimiç vurublar.

Qeyd edək ki, Azərbaycanın U-21 millisi A qrupunda ikinci görüşünü sentyabrın 7-də səfərdə Avstriyaya qarşı keçirəcək.

Son xəbərlər