Mojo.az Banner
19:46 Bölgələrdə pensiyalar bu tarixdə VERİLƏCƏK  |     19:31 Bakının bu ərazilərində işıq olmayacaq  |     19:30 İsrail HƏMAS komandirinin öldürüldüyünü açıqladı  |     18:45 Hacıbaba Əzimov vəfat etdi  |     18:36 İnsanların niyə 90 faizi sağ əllidir? - Bioloqun izahı  |     18:21 Naxçıvana uçuşlar ləğv olunub - SƏBƏB  |     17:44 Sumqayıtda boks üzrə respublika çempionunun meyiti tapıldı (FOTO)  |     17:19 WUF13 üçün 480 taksi cəlb edilib  |     16:59 Torlar keçmişdə qalır: Ağcaqanadlardan qorunmanın ən yaxşı üsulları açıqlandı  |     16:39 Qafqazın ən böyük tunelindən GÖRÜNTÜLƏR (Video)  |     16:14 ADY-dən üztanıma sistemi ilə bağlı açıqlama (YENİLƏNİB)  |     16:12 Yağışla bağlı XƏBƏRDARLIQ: Nə zamana kimi davam edəcək?  |     16:06 WUF13-də 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib  |     16:04 Bölgələrdə samovar çayının qiyməti 50 manata yüksəldi - VİDEO  |     14:27 Sumqayıtda ağır qəza: ÖLƏN VAR  |     14:17 Məşhur həkimə VƏZİFƏ VERİLDİ - FOTO  |     14:02 Azərbaycan nefti 3 dollara yaxın BAHALAŞIB  |     14:01 Tramp Si Cinpinin İranla bağlı yardım təklifini QƏBUL ETMƏDİ  |     13:34 Uşaq ağlayanda valideyn nə etməlidir? - Rusiyalı psixoloq cavabladı  |     13:27 Rayonlarda torpaq BAHALAŞIR - Video  |    
Left Banner
Right Banner

Pedaqoji Universitetdə paralimpiya çempionu olan bacılarla görüş keçirilib - FOTO

02.09.2021 22:27 1 308
Pedaqoji Universitetdə paralimpiya çempionu olan bacılarla görüş keçirilib - FOTO
Sentyabrın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin Ümumi coğrafiya kafedrasının dosenti Zülfiyyə Kərimova və onun bu yaxınlarda “Tokio 2020 XVI Yay Paralimpiya Oyunları”nda bütün rəqiblərinə qalib gələrək paralimpiya çempionu olan iki qızı - para-cüdoçularımız Dürsədəf Kərimova və Xanım Hüseynova ilə görüş keçirib.

Bu barədə Azərbaycan Pedaqoji Universitetin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təcrübəli müəllim və paralimpiya çempionu bacılara gül dəstələri və dəyərli hədiyyələr təqdim edən rektor böyük uğur münasibətilə onları təbrik edərək dosent Zülfiyyə Kərimovaya övladlarının ölkəmizin bayrağını beynəlxalq arenada dalğalandırmasının özünün 100 illiyini qeyd edən Pedaqoji Universitet ailəsində də olduqca böyük fərəh hissi ilə qarşılandığını deyib və istedadlı övladlar tərbiyə etdiyinə, o cümlədən məhsuldar elmi-pedaqoji fəaliyyətinə görə ona universitet rəhbərliyi adından xüsusi təbrik məktubunu təqdim edib.

Göstərilən diqqətə görə minnətdarlığını bildirən dos. Z.Kərimova deyib: “Mən Pedaqoji Universitetdə gələcəyin müəllimlərinə Azərbaycan coğrafiyasının incəliklərini öyrədirəm, ona görə də ölkəmizin adının və bayrağının ucalması mənim üçün ən önəmli məqamdır. Övladlarımın qalib gəlməsi və Azərbaycan bayrağını dalğalandırmasını böyük həyəcan və qürurla seyr elədim və ağladım. Hər iki övladımın bu qələbəsini Vətən şəhidlərimizin əziz xatirəsinə ithaf edirəm”

Söhbət əsnasında çempionlarımız Dürsədəf Kərimova və Xanım Hüseynova bacıları bildiriblər ki, onlar yarışlara yola düşərkən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında onları Qarabağda savaşan Xüsusi Təyinatlı Qüvvələrin əsgərləri yola salıb və onlara Azərbaycan bayrağını təhvil veriblər. Bu isə onlar üçün böyük ruh yüksəkliyi və bir növ məsuliyyət yaradıb ki, bu müqəddəs bayrağı mütləq Tokioda da yüksəltsinlər. Və paralimpiya oyunlarına qatılan 5 qadın para-cüdoçumuzdan Xanım və Dürsədəf bacıları da daxil olmaqla 4-ü qızıl medal qazanıb.

Çıxış edənlərdən ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev öz səmimi təbriklərini çatdırıb, onların uğurlarının bütün tələbə-gənclərimiz üçün örnək olduğunu vurğulayıblar.
ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru, dosent Könül Pirverdiyeva öz növbəsində bildirib ki, Zülfiyyə xanım vaxtilə onun özünün də müəllimi olub və o, həm peşəkar müəllim, həm də vətəndaş məsuliyyətli əsl valideyndir. Dürsədəf və Xanım bacılarının uğurları da bunun göstəricisidir.

Dos. Z.Kərimova xoş diləklərə görə təşəkkürünü bildirib. Qeyd olunub ki, ADPU-da yeni işə cəlb olunan istedadlı məzunlardan Elvin Vahidov da məhz Zülfiyyə xanımın tələbəsidir.
Görüşün sonunda, xatirə şəkli çəkilib.

скачать dle 11.3
Mojo.az Banner