Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Ağacların yerindən çıxarılmasına görə cinayət işi açılıb

02.09.2021 14:36 1 590
Ağacların yerindən çıxarılmasına görə cinayət işi açılıb
Gəncə şəhəri Nizami rayonu ərazisində ağacların qanunsuz olaraq yerindən çıxarılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material əsasında Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılıb.

Qurumda aparılan araşdırmalarla müəyyən edilib ki, qeyd edilən ərazidə yerləşən qeyri-yaşayış binasının tikintisini, özəlləşdirilməsini və digər işlər aparmasını etibarnamə əsasında əldə etmiş Gəncə şəhər sakini Ədalət Heydərov Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən həmin tikinti obyekti ilə bağlı sənədləri hazır etdikdən sonra obyektin ərazisində yerləşən ağaclıq-kolluq sahəni çıxarıb digər bir yerə əkilməsi hüququnu əldə etdiyini düşünərək qeyd olunan ünvandakı obyektin qarşısında olmuş 27 ədəd kolu və iki ədəd ağacı qanunsuz olaraq yerindən çıxarıb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 259.1 (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsinə tapşırılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner