Mojo.az Banner
17:09 Bakıda 10 minə maral başı satılır  |     17:06 Psixotrop dərman qalmaqalı olan bağçanın direktoru işdən çıxarıldı  |     17:05 Tokayevlə Ələkbərovun görüşündə nələr müzakirə olundu?  |     16:29 Bakıda 24 yaşlı Fatimənin öldürüldüyü hadisənin - Görüntüləri (Video)  |     15:51 Naxçıvanlı sabiq deputat vəzifəsindən azad edildi  |     15:35 Bu şəxslərin pensiyası daha çox artacaq  |     15:34 Altı rayon niyə hələ də susuz qalıb?  |     15:21 Şəkilin icazəsiz paylaşımına görə məhkəməyə müraciət etmək olar – Hüquqşünas  |     15:19 Korrupsiyanı ifşa edənlərə pul veriləcək: Bəs onları kim qoruyacaq?  |     15:16 "Nənələr" qrupunun üzvünün oğlu faciəli şəkildə həlak oldu  |     13:55 Mehriban Rəhimliyə hökm oxundu  |     13:44 Sabunçuda lombarddan 22 min manatlıq oğurluq edilib  |     13:12 Azərbaycanda ov mövsümü başlayır - Tarix açıqlandı  |     12:57 Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi  |     12:38 Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq  |     12:28 Məhkəmə ekspertizası ilə bağlı qaydalar dəyişir: Bir istisna var  |     11:47 Azərbaycanda daha bir qida məhsulunun qiyməti kəskin artdı - Video  |     11:34 Azərbaycanda istilik mövsümü vaxtından əvvəl başlayacaq?  |     11:29 Uşağın ürəyi qəfil dayana bilərmi? – Kardioloqdan XƏBƏRDARLIQ  |     11:26 Kənd yumurtası buna görə bahalaşıb – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda üzüm kollarının kəsilməsinə görə cinayət işi açıldı

03.09.2021 15:51 1 662
Bakıda üzüm kollarının kəsilməsinə görə cinayət işi açıldı
Paytaxtın Xətai rayonu ərazisində üzüm kollarının kəsilərək məhv edilməsi barədə daxil olmuş vətəndaş müraciəti üzrə araşdırma aparılıb.

Xətai Rayon Prokurorluğundan aparılan araşdırma materiallarına əlavə edilən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məktubunda 7 ədəd üzüm kolunun kəsilərək məhv edilməsi və nəticədə yaşıllıqlara 1 680 manat məbləğində ziyanın dəyməsi göstərilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.1 (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə tapşırılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner