Mojo.az Banner
21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |     20:45 Bakıda bıçaqlanan məktəblinin FOTOSU  |     20:40 Xalq artisti evdə yıxılıb xəsarət aldı  |     20:34 Bakıda konsertə hazırlaşan reperə həbs cəzası  |     20:27 Güclü istilər hamilə qadınlar və körpələr üçün təhlükə yaradır - Alimlər xəbərdarlıq etdi  |     20:22 "Bugünkü imkan sabah olmaya bilər" - Ev almaq istəyənlər nə etməlidir?  |     20:14 Həbsdən çıxıb bibisinin evinə basqın etdi  |     20:09 "Google" milyonlarla Android telefonunda Android Auto-nu dayandıra bilər  |     20:03 Sumqayıtda bakomatdan pul çıxarmaq istəyən qadınının pulu necə oğurlandı?  |     19:55 50 yaşadək insanlarda xərçəng halları kəskin artır - Səbəblər açıqlandı  |     19:50 Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub  |     19:43 Sabah Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq  |     19:37 Lerikdə Hamarmeşə–Bibiyani yolu yenidən qurulur  |     19:30 Oğuzda uşaq üstündə bir-birini döyən ər-arvad cərimələndi  |     19:25 Sabah Azərbaycanda intensiv yağış yağacaq  |     19:16 Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Sahil Babayevdən şəhid ailələri və müharibə əlillərinə veriləcək evlərlə bağlı AÇIQLAMA

02.09.2021 14:34 1 362
Sahil Babayevdən şəhid ailələri və müharibə əlillərinə veriləcək evlərlə bağlı AÇIQLAMA
“Prezident İlham Əliyevin tapşırığına əsasən, postmüharibə dövründə bir çox sosial müdafiə proqramları əhəmiyyətli dərəcədə genişləndirilib”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Televiziyasına müsahibəsində vurğulayıb.

O, xüsusilə şəhid ailələri və müharibə əlillərinin mənzillə təmin edilməsi proqramını qeyd edib:

“Bu kateqoriyadan olan şəxslərə bu il əvvəlki illərə nisbətən dəfələrlə çox olmaqla 3 minədək mənzil və fərdi evin verilməsi işlərinin aparılıb, onlardan 1 600-nün artıq verilib, ümumən ötən dövrdə 11 minədək şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib”.

S.Babayev müharibə əlillərinə təqdim edilən avtomobillərin sayının da artıq 7 200-ü ötdüyünü, bu il də müharibə əlillərinə artıq 100 avtomobilin verildiyini deyib:

“Eyni zamanda, postmüharibə dövründə mühüm dəstək istiqamətlərindən biri kimi, dövlət başçısının fərman və sərəncamları ilə şəhid ailələrinə, müharibə əlillərinə müavinət və təqaüdlərin məbləğləri də artırılıb. Bu artım bir sıra hallarda iki dəfə, orta hesabla isə 60 faiz təşkil edib.

Həmçinin, Vətən Müharibəsi Qəhrəmanlarına (ölümündən sonra bu ad verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə, həmin şəxsin ailə üzvlərinə) dövlət qayğısını artırmaq məqsədilə onlar üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Təqaüdün aylıq məbləği 2 000 manat müəyyən olunub.

Vətən Müharibəsi Qəhrəmanlarının təminatının gücləndirilməsinin davamı olaraq, Prezident İlham Əliyevin 25 avqust 2021-ci il tarixli Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərin və ailə üzvlərinin mənzillə təmin edilməsi işlərinə başlayıb”.

S.Babayev postmüharibə dövründə sosial dəstək paketi çərçivəsində artıq 26 min insana 36 min xidmət göstərildiyini deyib.скачать dle 11.3
Mojo.az Banner