Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstan nümayəndə heyətinə Qarabağda aparılan yenidənqurma işləri barədə məlumat verilib

27.08.2021 19:37 1 656
Gürcüstan nümayəndə heyətinə Qarabağda aparılan yenidənqurma işləri barədə məlumat verilib
Baş nazirin müavini Əli Əhmədov ilə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadzenin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Baş nazirin müavini Əli Əhmədov Azərbaycan və Gürcüstan arasındakı tarixi dostluq və mehriban qonşuluq münasibətlərinə diqqət çəkərək, iki xalqın və dövlətin biri-birinə dərin hörmət və ehtiramı barədə danışıb.

Görüş çərçivəsində 30 illik işğal müddətində Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi vandallıq aktları haqqında məlumat verən Baş nazirin müavini bildirib ki, Ermənistanın Azərbaycana təcavüzünün faciəli nəticələri təkcə ərazimizin iyirmi faizinin zəbt edilməsi, milyona yaxın insanın qaçqın və məcburi köçkünə çevrilməsi ilə məhdudlaşmayıb, Azərbaycan tarixinə, mədəniyyətinə, xalqın dini əqidəsi ilə bağlı dəyərlərə də ağır zərbələr vurulub. 44 günlük Vətən müharibəsinin ardından dövlətimizin Qarabağda apardığı yenidənqurma və bərpa işləri barədə qonağa ətraflı məlumat verən Əli Əhmədov diplomatik korpusun tərkibində Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradzenin də işğaldan azad olunan torpaqlarımıza səfəri zamanı ermənilərin törətdikləri vandallıq aktlarının şahidi olduğunu qeyd edib.

Səmimi görüşə görə təşəkkürünü bildirən Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze iki ölkə arasındakı mədəni əlaqələrin inkişafının əhəmiyyətinə toxunub. O, Gürcüstanın paytaxtı Tbilisi şəhərində tikilməkdə olan Azərbaycan teatrı barədə ətraflı məlumat verib, eyni zamanda Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Azərbaycanın Qax rayonunda mədəniyyət mərkəzinin inşasına görə dərin təşəkkürünü bildirib.

Son xəbərlər