Mojo.az Banner
22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |     22:47 Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı  |     22:39 Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?  |     22:31 Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI  |     22:23 Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib  |     22:16 "Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ  |     22:09 Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA  |     22:01 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb  |     21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |     21:47 Telefondan çox istifadə edənlərin diqqətinə!  |     21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |     21:32 Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə  |     21:26 Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir  |     21:18 Bakı İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak etdi  |     21:06 Bu bürclər üçün çətin dövr başlayır  |     20:52 Sinoptikdən anomal isti qış xəbərdarlığı  |     20:43 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO  |     20:30 İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq  |     20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Son 7 ayda Ermənistanı 121 min nəfərdən çox insan tərk edib

25.08.2021 23:47 813
Son 7 ayda Ermənistanı 121 min nəfərdən çox insan tərk edib
Cari ilin 7 ayı ərzində Ermənistanı hava nəqliyyatı ilə tərk edən vətəndaşların sayı ölkəyə gələnlərin sayından 121 059 nəfər çox olub.

Bu barədə “Report” Ermənistan mediasına istinadən xəbər verir.

Xüsusi halda, yanvarda (iki aeroportun məlumatlarını nəzərə alaraq-red) ölkəyə gələnlərin sayı 31 052 nəfər, Ermənistandan gedənlərin sayı 33 244 nəfər təşkil edib.

Fevral ayında Ermənistana 31 901 nəfər gəlib, ölkədən gedənlərin sayı 58 297 nəfər olub.

Cari ilin martında ölkəyə gələnlərin sayı 42 283 nəfər, gedənlərin sayı 74 198 nəfər olub. Apreldə Ermənistana 58 978 insan gəlib, 75 152 nəfər tərk edib.

2021-ci ilin mayında də gələnlərin sayı (82 513 nəfər) ölkədən gedənlərin (83 840) sayından az olub.

Ermənistana iyunda hava yolu ilə 355 952 nəfər gəlib, ölkəni 416 054 insan tərk edib.

Qeyd edilir ki, iyulda gələnlərin sayı 158 999 nəfər təşkil edib, 141 952 nəfər Ermənistanı tərk edib.

Bütovlükdə cari ilin 7 ayı ərzində Ermənistana gələn vətəndaşların sayı 761 678 nəfər, ölkəni tərk edənlərin sayı 882 737 nəfər olub.скачать dle 11.3
Mojo.az Banner