Mojo.az Banner
23:02 Təyyarə, yoxsa avtomobil? - Ölüm riskləri arasındakı fərq təəccübləndirir  |     22:57 Bu ailələrə müavinət verilə bilər  |     22:52 ABŞ səfirliyi qlobal terrorçuluğa qarşı birgə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür etdi  |     22:41 Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO  |     22:29 Gənclərin evlilikdən uzaqlaşmasının səbəbi nədir? – Psixoloqdan açıqlama  |     22:16 Süni intellektlə bağlı qorxulu PROQNOZ: onilliyin sonuna qədər bəşəriyyəti məhv edə bilər  |     22:08 Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb  |     22:00 Yanacaqdoldurma məntəqələrinin FIRILDAĞI - Pulu 20 litr, çənə 17 litr?  |     21:50 Gəncədə maşın piyadanı vurdu, vəziyyəti ağırdır  |     21:43 Məşhurların olduğu təyyarə təcili eniş etdi  |     21:35 Moskvadan sərt mesaj: "Üçüncü dünya müharibəsi alovlanır”  |     21:28 Direktor zəif şagirdləri məktəbdən çıxarırdı – NAZİR  |     21:17 “5 min manatımı ala bilmirəm” - Şəhid anası şirkət rəhbərindən şikayətçidir  |     21:14 Daha iki rayonda heyvan bazarlarının fəaliyyətinə icazə verildi  |     21:04 Daha bir klinika cərimələndi - Diplomsuzlar işləyirmiş  |     20:57 "Mançester Yunayted" yüzlərlə azarkeşin abonementini ləğv etdi  |     20:34 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ  |     20:17 Fransanın mərkəzi bankı 1797-ci ildən bəri ilk dəfə defolt təhlükəsi barədə xəbərdarlıq edib  |     20:14 Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq  |     20:08 Bakıda sakinlərin həyatını “cəhənnəmə” çevirən nədir? - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Dünyada koronavirusa qarşı peyvənd edilənlərin sayı AÇIQLANDI

25.08.2021 18:12 1 515
Dünyada koronavirusa qarşı peyvənd edilənlərin sayı AÇIQLANDI
Dünyada koronavirusa qarşı peyvənd edilənlərin sayı 5 milyardı keçib.

TASS xəbər verir ki, onların təxminən yarısı iki ölkənin - Çinin (1,96 milyard) və Hindistanın (0,59 milyard) payına düşür.

Hazırda dünyada koronavirusa qarşı 5,002 milyard vaksin vurulub. Planetdə neçə nəfərin tam peyvənd kursunu keçdiyini dəqiqliyi ilə müəyyən etmək hələ mümkün deyil. Çünki, əksər ölkələr COVID-19-a qarşı yalnız təsdiqlənmiş peyvəndlərin sayı və vurulan peyvəndlərin miqdarı barədə məlumat verir.

Malta, İslandiya, Portuqaliya, Birləşmiş Ərəb Əmirlikləri və Seyşel Adaları kimi dövlətlərdə əhalinin 75 %-dən çoxu azı bir komponentlə peyvənd olunub.

Vurulan dozaların sayına görə (0.36 milyarddan çox) üçüncü yerdə olan ABŞ-da bu günə qədər 12 yaşdan yuxarı sakinlərin 71 %-i (200 milyondan çox amerikalı) azı bir doza koronavirus peyvəndi vurdurub.скачать dle 11.3
Mojo.az Banner