Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Türkiyədə avtobus dərəyə yuvarlanıb, 33 nəfər yaralanıb

23.08.2021 18:31 876
Türkiyədə avtobus dərəyə yuvarlanıb, 33 nəfər yaralanıb
Türkiyənin Mersin şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Şəhərin Silifke bölgəsində sərnişin avtobusu dərəyə yuvarlanıb.

Bildirilib ki, Antalyadan Qaziantep şəhərinə gedən avtobusun qəzaya uğraması nəticəsində 33 nəfər yaralanıb.

Əraziyə təcili yardım və jandarm cəlb edilib.

Son xəbərlər